Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - Müzakirə + FOTO
12-03-2025 [18:09]
Prezident İlham Əliyev martın 12-də İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xanı qəbul edib.
Mia.az xəbər verir ki, dövlətimizin başçısı bu il Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə ev sahibliyi edəcəyini deyərək, Əsəd Məcid Xanın ölkəmizə səfərinin zirvə toplantısına hazırlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını qeyd etdi.
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu vurğulayan Prezident İlham Əliyev bildirdi ki, ölkəmiz təşkilat çərçivəsində üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsinə və gündəlikdə duran məsələlərin irəli aparılmasına öz töhfəsini verməyə hazırdır.
Əsəd Məcid Xan da öz növbəsində Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu dedi və ölkəmizin təşkilatın alt strukturlarına ev sahibliyi etməsini, gündəlikdə duran məsələlərin həyata keçirilməsi işinə daim dəstək verməsini məmnunluqla vurğuladı. Qonaq təşkilata üzv dövlətlərin tarixi, mədəni və coğrafi yaxınlığı, din və digər sahələrdə ortaq dəyərləri, bənzərlikləri bölüşdüyünü deyərək, təşkilat çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanların və perspektivlərin olduğunu qeyd etdi.
Baş katib Əsəd Məcid Xan ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsi sahəsində zəngin təcrübəyə malik olduğunu, xüsusilə COP29-u uğurla keçirdiyini vurğuladı və İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinin də Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil ediləcəyinə əminliyini bildirdi.
Qonaq səfər çərçivəsində XII Qlobal Bakı Forumunda iştirak edəcəyini məmnunluqla vurğuladı və bu forumun dünya miqyasında qlobal məsələlərin müzakirəsi baxımından vacib platformalardan biri olduğunu qeyd etdi.
Söhbət zamanı Azərbaycan ilə İqtisadi Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi