Azərbaycanda benzinin qiyməti yenə qalxdı - Səbəb açıqlandı

img

06-08-2014 [09:30]


Azərbaycanın yanacaqdoldurma məntəqələrinə yenicə gətirilmiş "Premium Euro-95” markalı benzinin qiyməti qalxıb.

Bu barədə oxucular məlumat verib. Belə ki, iki gün bundan əvvəl 93 qəpiyə satılan "Premium” artıq 4 qəpik artaraq 97 qəpik olub.

İqtisadiyyat və Sənaye Nazirliyi ölkədə benzinin qiymətnin qalxmasıyla bağlı açıqlama verib.

Simsar.az-a danşan İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat katibi Abbas Əliyev bildirib ki, qiyməti qalxan "Premium Euro-95” markalı xaricdə istehsal olunan benzindir: "Bu yanacaq markasının qiymətinin artmasına səbəb dünya bazarlarında neftin qiymətinin dəyişilməsidir. Dünya bazarında qiymət artan kimi, burdakı bazara da təsir edir. Bu benzinin qiymətinə isə Tarif Şurası nəzarət etmir”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA