06-08-2014 [03:31]
Mia.az xəbər verir ki, ötən gün Şəmkirdə bələdiyyə sədrinin müavini Zakir Tağıyevi bıçaqla vuran rayon Maliyyə idarəsinin müdiri Nazim Məlikov Dövlət Statistika Komitəsi sədrinin 1-ci müavini, hazırda sözügedən komitənin sədri vəzifəsini icra edən Həmid Bağırovun bacanağıdır. Belə ki, Nazim Məlikovla Həmid Bağırov bacanaqdırlar, onların həyat yoldaşları xala qızıdırlar.
Mia.az onu da xəbər verir ki, Həmid Bağırov Tibb Universitetinin rektoru, deputat Əhliman Əmiraslanovun qaynıdır.
Verilən məlumata görə, Nazim Məlikovun həmin vəzifəyə təyinatında Tovuzun icra başçısı işləyən zaman Həmid Bağırov müstəsna rol oynayıb. Maraqlıdır ki, bu ağır hadisəyə baxmayaraq, saxlanılan Nazim Məlikov elə həmin günü sərbəst buraxılıb.
Məlumatda bildirilir ki, sədr müavininə bıçaqla ağır xəsarətlər yetirən N.Məlikovun azadlığa buraxılması təkcə tutduğu vəzifədən irəli gəlməyib. İddiaya görə, onun sərbəst buraxılmasında Həmid Bağırovla deputat Əhliman Əmiraslanovun şəxsi nüfuz və əlaqələri əsas rol oynayıb.
Təəssüf ki, cəhdimizə rəğmən, Həmid Bağırovun mövqeyini öyrənmək mümkün olmayıb.
Amma Həmid Bağırovun qardaşı Musa Bağırov
Mia.az-a açıqlamasında bələdiyyə sədrinin müavinini bıçaqlayan Nazim Məlikovun qardaşının
bacanağı olduğunu təsdiqləyib: «Bəli, onlar bacanaqdırlar. Nazim Məlikovu vaxtı ilə Həmid Bağırov vəzifəyə
yerləşdirib. O
vəzifəyə qədər Nazim çox imkansız adam olub. Hətta mənə 1985-ci ildə 5 min borcu da vardı, onu zülmlə geri qaytardı…».
Xatırladaq ki, rəsmi yayılan məlumatda Şəmkirin Düyərli kəndində rayon Maliyyə İdarəsinin müdiri Nazim Məlikovun Düyərli kənd Bələdiyyəsinin sədr müavini Zakir Tağıyevi bel, kürək və baş nahiyyəsindən bıçaqladığı bildirilib: "Yaralı ağır vəziyyətdə Şəmkir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Qanlı cinayət törədən Nazim Məlikov polis bölməsinə aparılıb. Sonradan o, sərbəst buraxılıb. İlkin məlumata görə, hadisəyə torpaq üstündə yaranan anlaşılmazlıq səbəb olub.
Qeyd edək ki, Nazim Məlikovun qanını tökdüyü Zakir Tağıyevlə qohumluq əlaqələri var və onun hadisəni törədərkən sərxoş olduğu bildirilir".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi