Nazirlik işə qarışdı, qiymətlər qalxdı - Plastik cərrahların "hoqqaları" sərhəd tanımır
12-03-2025 [09:27]
Son aylarda plastik cərrahların fəaliyyətinin ciddi yoxlanması nəticəsində 2025-ci ilin fevral ayında bir neçə plastik cərrahın sertifikasiya şəhadətnamələri ləğv edildi. Səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası hələ fəaliyyətini davam etdirir.
Səhiyyə Nazirliyinə 82 mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada təqdim edilib. Xüsusi Təftiş Komissiyası daxil olan sənədləri onları təqdim edən şəxslərin iştirakı ilə fərdi qaydada yoxlamanı davam etdirir. Yekun nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, bu tarixədək sənədlərini təqdim etməyən mütəxəssislərin praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsi ləğv olunmuş hesab edilir.
Proses hələ davam etsə də, tələblərə cavab verməyən bəzilərinin bu sektordan çıxarılması həm cərrahların, həm də klinikaların fəaliyyətinə ciddi təsir göstərib. Belə ki, yoxlamalar və cəzalar səbəbindən artıq bu sahədə fəaliyyət göstərənlərin sayı azalıb. Məlumata görə, bunun nəticəsində plastik və estetik xidmətlərin qiymətləri əhəmiyyətli dərəcədə bahalaşıb.
Dərman və tibbi vasitələrin qiyməti stabil qalsa da, kosmetoloqlar, plastik cərrahlar öz xidmət haqlarını artırıblar. Bunun əsas səbəbi isə sektorda daha az sayda mütəxəssisin qalması və onların “mən saxta deyiləm” mesajı vermək istəməsidir. Hazırda plastik cərrahi əməliyyatlarını tənzimləyən ayrıca yerli protokollar mövcud deyil. İcra olunan əməliyyatlar müvafiq beynəlxalq plastik cərrahiyyə standartlarının protokollarına uyğun həyata keçirilir: “Məlumat üçün bildirmək istərdik ki, hazırda Səhiyyə Nazirliyi tərəfindən bir sıra ixtisas sahələri üzrə klinik protokolların hazırlanması üzərində iş gedir. Plastik cərrahiyyə də bu sahələrdəndir. Məsələn, Azərbaycanda çox icra olunan burun əməliyyatının qiyməti 800 AZN ilə 4500 AZN arası dəyişirdi. Burun əməliyyatının qiyməti ortalama 1700-2500 AZN arası idi.
Qeyd edək ki, mövzu ilə bağlı bir neçə estetik cərrahla əlaqə saxladıq, onlar cavab verməkdən yayındılar. Bildirdilər ki, araşdırmalar hələ davam etdiyinə görə açıqlama verməyə icazələri yoxdur.
Mia.az-ın məlumatına görə, Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Plastik əməliyyatlar sahəsində baş verən son proseslər gözlənilən idi. Belə ki, sənədləri təsdiqlənmiş əməliyyatların sayında müşahidə olunan azalma, bu sahədə yüksək tələbat fonunda qiymətlərin dəyişməsinə səbəb ola bilərdi. Əslində qiymət artımına dair müəyyən sərbəstlik əvvəldən mövcud idi və klinikalar bu çərçivədə hansı xidmətlərə hansı tarifləri tətbiq edəcəklərini özləri müəyyənləşdirirdilər. Bu da o deməkdir ki, qiymətlərdə vahidlik yoxdur və müxtəlif klinikalarda fərqli təkliflər mövcuddur.
Bazar iqtisadiyyatının qaydalarına əsasən, fərqli seçimlərin olması təbiidir. Xüsusilə nəzərə almaq lazımdır ki, bu xidmətlər adətən icbari tibbi sığorta paketlərinə daxil edilmir. Bu səbəbdən də burada tətbiq olunan qiymət siyasəti fərqli yanaşmalarla müşayiət oluna bilər.
Digər tərəfdən, nazirliyin də vurğuladığı kimi, estetik əməliyyatlara qərar verilməzdən əvvəl peşəkar konsultasiyaların alınması mühüm əhəmiyyət daşıyır. Əgər əməliyyatlar həqiqətən də sağlamlıq üçün zəruridirsə, və ya insanın psixoloji rahatlığını təmin etmək üçündürsə, əlbəttə ki, belə müdaxilələr zəruri hesab oluna bilər. Lakin müşahidələr göstərir ki, bir çox hallarda insanlar sırf vizual dəyişikliyə nail olmaq məqsədilə təkrar-təkrar əməliyyatlara üz tuturlar. Görünür, qiymət artımı və mövcud ajiotaj fonunda insanlar bu sahədə qərar qəbul edərkən daha düşünülmüş və məsuliyyətli davranmalı olacaqlar. Bununla belə, mövcud vəziyyətin keçici xarakter daşıdığını düşünürəm. Hazırkı qeyri-sabitlik müəyyən müddət sonra bazarda balansın bərpa olunmasına, nəticədə isə qiymətlərin daha adekvat və dayanıqlı səviyyəyə enməsinə gətirib çıxaracaq".
Qeyd edək ki, Azərbaycanda plastik əməliyyatların qiymətləri növünə, cərrahın təcrübəsinə və klinikanın nüfuzuna görə dəyişir. Rinoplastika (burun əməliyyatı) 800 manatdan başlayaraq 3000 manata qədər yüksələ bilər. Məsələn, bəzi klinikalarda rinoplastika əməliyyatı 1000-1200 manat aralığında təklif olunur, digər klinikalarda isə qiymətlər 1500 manatdan başlayır. Mamoplastikanın (süd vəzilərinin böyüdülməsi) qiyməti təxminən 2500 manatdan başlayır. Abdominoplastika (qarın gərmə): Bu əməliyyatın qiyməti 2000 manatdan başlayır. Liposaksiya (bədəndən artıq piylərin götürülməsi): Qiymətlər 1500 manatdan başlayır. Blefaroplastika (göz qapaqlarının korreksiyası): Göz ətrafındakı qırışların yığışdırılması əməliyyatı 800-1000 manata başa gəlir. Bu qiymətlər təxminidir, klinikadan və cərrahın təcrübəsindən asılı olaraq dəyişə bilər.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi