Prezident Administrasiyasının şöbə müdiri Ağdama gedərkən qəzaya düşdü - YENİLƏNİB

img

06-08-2014 [00:42]


Prezident Administrasiyasının yüksək rütbəli məmurlarından olan Zeynal Nağdəliyev Kürdəmir ərazisində yol qəzası keçirib.
Bu barədə musavat.com-a  hadisə şahidlərindən biri məlumat verib. Onun deməsinə görə, cənab Nağdəliyev Kürdəmir xəstəxanasına aparılıb. Dövlət məmurunun BMW markalı maşını Vaz 21015 markalı Jiquli ilə toqquşub. Z. Nağdəliyevin və onunla toqquşan maşındakıların durumu haqda əlavə məlumat ala bilmədik.
Musavat.com-un da xəbər verdiyi kimi, ölkənin rəhbər heyəti bu gün günortadan başlayaraq cəbhə xəttinə yollanmaqdadır. Z. Nağdəliyev də bu məqsədlə  Ağdama gedirmiş.
İstiqamet.com-un əldə etdiyi məlumatlara görə, Vaz 21015 markalı Jiquli Bakıdan Ağdama gedən maşın qəfil kortejinin qarşısına çıxıb və Z. Nağdəliyevin olduğu maşınla toqquşub.  Z. Nağdəliyevin xəsarəti yüngül olub. O, burnundan xəsarət alıb və helekopterlə Bakıya gətirilib. Vaz 21015-in sürücüsü, Kürdəmir rayonunun Qarabucaq kənd sakininin durumu isə ağırdı. O, hazırda Kürdəmir xəstəxanasında reanimasiya şöbəsindədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA