Elektron Bələdiyyə (e-Bələdiyyə) portalının təqdimatı keçirilib - FOTOLAR
10-03-2025 [17:43]
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları (ABMA) tərəfindən yaradılmış Elektron Bələdiyyə portalının istifadəyə verilməsinə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarından Mia.az-a bildirilib ki, tədbirdə ABMA-nın və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin nümayəndələri, Bakı şəhərində fəaliyyət göstərən şəhər bələdiyyələrin sədrləri və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri iştirak ediblər.
Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov son dövrlər bələdiyyələrdə vergi uçotunun qurulması, vergi daxilolmalarının artırılması və son birləşmədən sonra bələdiyyə institutunun nüfuzunun artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Assosiasiya sədri bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 28.12.2023-cü il tarixli Fərmanına uyğun olaraq fiziki şəxslərin binalara görə ödəməli olduğu əmlak vergisinin ödənilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə “E-bələdiyyə” portalı yaradılıb. O həmçinin, portalın bələdiyyə xidmətlərinin vətəndaşlara əlçatanlığının təmin edilməsinə, bələdiyyə-vətəndaş münasibətlərinin yeni səviyyəyə qaldırılmasına şərait yaradacağına əminliyini bildirib.
Daha sonra ABMA-nın təsis etdiyi Bələdiyyələrin Onlayn Xidmət Mərkəzinin direktoru Adil Əhmədov E-bələdiyyə portalının funksional imkanları barədə məlumat verərək qeyd edib ki, yerli vergi ödəyiciləri “E-belediyye.az” portalında qurulmuş elektron kabinetlərinə “Digital Login” servisi üzərindən müxtəlif identifikasiya vasitələri ilə daxil ola bilərlər. Vətəndaşlar elektron kabinetlərində bələdiyyədə uçotda olan vergitutma obyektləri, vergi borcunun tərkibi, ödəniş tarixçələri və bələdiyyə bildirişləri barədə ətraflı məlumat əldə etməklə yanaşı, vergi borclarını da ödəyə biləcəklər.
Bələdiyyələrlə vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaq məqsədilə portalda bələdiyyə sorğularında iştirak və bələdiyyələrə təklif vermək, məlumat uyğunsuzluğu barədə aidiyyəti bələdiyyəyə müraciət etmək imkanı yaradılıb.
Mərkəz direktoru vurğulayıb ki, ilkin mərhələdə E-bələdiyyə portalına Bakı şəhərinin Nərimanov, Yasamal, Nizami, Səbail, Xətai, Binəqədi və Nəsimi bələdiyyələri qoşulacaqdır. Digər bələdiyyələrinin portala qoşulması isə mərhələli şəkildə davam etdirilməklə ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, portalın tətbiqi bələdiyyə xidmətlərinin səmərəliliyinin artmasına təkan verəcək, habelə yerli vergi ödəyiciləri öz hüquq və öhdəlikləri barədə daha məlumatlı olacaqlar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi