“Yayılan məlumatların çoxu həqiqəti əks etdirmir" - Polis rəisinin müavini

img

04-08-2014 [18:28]


"Cəbhə xəttinə yaxın kəndlərdə asayiş tam nəzarətimizdədir”.

 

Bu sözləri Tərtər rayon Polis Şöbəsinin Xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Məhərrəm Hüseynov cəbhə xəttində olan jurnalistləri qəbul edərkən dedi.

 

Mia.az Axar.az-a istinadən xəbər verir ki, rəis müavini yollarda yerləşdirilən polis nəfərləri rayona gələn rəsmi qonaqları qarşılamaq və yaranmış vəziyyətlə əlaqəli asayişi nəzarətdə saxlamaq məqsədilə gündəlik iş rejimlərini davam etdirdiyini də bildirib.

 

Rəis müavinin sözlərinə görə, rayonda əhalinin yaşayışı öz həmişəki axarıyla davam edir: 

 

"Yayılan məlumatların çoxu həqiqəti əks etdirmir. Təklifimiz budur ki, yaxşı olar ki, media nümayəndələri tam məlumatı hüquq-mühafizə orqanlarından və Müdafiə Nazirliyinin mətbuat xidmətindən alsınlar. Biz də öz növbəmizdə sizə məlumat mübadiləsində istənilən köməkliyi göstərməyə hazırıq”.


Qeyd edək ki,  Müdafiə naziri Zakir Həsənov və MN-nin başqa səlahiyyətli zabitləri hal-hazırda cəbhə bölgəsindədir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA