“Prezident də, nazir də məzuniyyətdə idi”-VİDEO

img

04-08-2014 [17:06]


"Ermənistan tərəfi prezidentlərin görüşünün baş tutmaması üçün təxribat törədir”.

MİA xəbər verir ki, Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov ANS TV-yə bildirib ki, ermənilərin milli ordumuzun üzbəüz mövqelərini atəşə tutduğu zaman Azərbaycan prezdenti İlham Əliyev ölkədə olmayıb:

"Cənab prezident qısamüddətli istirahətdə idi. Eyni zamanda Azərbaycanın müdafiə naziri Zakir Həsənov da vətəndə deyildi. Belə olan halda ermənilər Azərbaycan Silahlı Qüvvələrinin üzərinə böhtan atır ki, guya diversiya qrupları Ermənistan silahlı qüvvələri olan tərəfə bir neçə dəfə soxulublar. Axı, bu heç bir məntiqə uyğun deyil. Əgər belə olsaydı, mütləq bu proseslərin təşkili üçün ölkə rəhbərinin razılığı, müdafiə nazirliyinin təşkilatçlığı olardı. Amma onların heç biri Azərbaycanda olmayıb. Buna baxmayaraq, Ermənistan tərəfi hücum planını qurarkən rəhbərin ölkədə olmamasından istifadə edib”.

anspress



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA