"Oleq Bakinski" hakim qarşısına çıxarıldı - "...sonra Füzuli Musayevi gördüm" - Şahidlər ifadə verir
28-02-2025 [17:57]
Ukraynalı "kriminal avtoritet" Oleq Krapivin ("Oleq Bakinski") və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mia.az Reprort-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid Səbinə Hüseynzadə deyib ki, hadisə baş verən şirkətdə İnsan Resursları sahəsi üzrə çalışıb və hadisə baş verən gün işdə olub: "Şirkətə qonaqlar gəlmişdi. Qonaqlar təzə keçmişdi ki, həmin yerdən nalayiq ifadələr eşidildi. Bizim şirkətdə hələ belə bir şey olmamışdı. Sonra qonaqlar oranı tərk etdilər. İşıqları söndürüb, işimizə davam etdik".
O deyib ki, hadisə baş verən yerdə kimin söyüş söydüyünü müəyyən edə bilməyib: "Görüş olan otaq Konstantin Kuçerin otağı idi. Bu mübahisə çox çəkmədi. Qonaqlar içəri keçəndə görməmişdim. Sonra Füzuli Musayevi gördüm. Qonaqlar getdikdən sonra həmin otaqda mübahisə olmasını əsaslandıran bir şeylə qarşılaşmadıq. Qonaqlar arasında mübahisə olanda Konstantin Kuçerin səsini eşitmədim".
Şahid qismində dindirilən Şlavski Əhmədova deyib ki, şirkətdə logistika sahəsi üzrə çalışıb və hadisə baş verən gün kabinetində olub: "Otaqlar arasında şüşəli arakəsmə var idi. Bir neçə nəfərin müdirin otağına girdiyini gördüm. Bir müddət sonra onlar söyüş söyə-söyə çıxdılar. Onlar çıxanda üzlərində hər hansı bir xəsarət izi yox idi. Sözügedən şirkətlərlə müqavilə mən gəlməmişdən əvvəl bağlanıb".
Şahid Elnarə Cəbiyeva bildirib ki, Konstantin Kuçerin şirkətində direktor vəzifəsində çalışıb: "Hadisə baş verən gün işdə idim. Qonaqlar gələndə iclas otağına keçdilər. Təxmini 10 dəqiqə sonra rus dilində söyüş səsləri eşidildi. Həmin səslər qonaqların səslərinə oxşayırdı. Daha sonra onlardan 3 nəfəri çıxıb getdilər. Onlarən xəsarət alması ilə əlaqədar hər hansı bir iz görmədim".
Elnarə Cəbiyevanın sözlərinə görə, "Aviazapchast" ASC və "Promyshlennye Postavki Kazakhstan" MMC ilə bağlanan müqavilələrdən xəbəri olub: "Bu şirkətlərlə müqavilələri baş direktorun göstərişi ilə bağlanıb. Həmin şirkətlərdən gələn böyük məbləğlər əsasən, "Günay Bank"a köçürülürdü. Təxmini 500 min avrodan çox vəsait isə BTB banka köçürülmüşdü. Həmin şirkətlərlə kommersiya şərtləri barədə danışıqları mən aparmamışam, sadəcə sənədləşmə işlərini aparırdım. Müqavilənin şərtləri barədə göstərişləri Konstantin Kuçer vermişdi".
Qeyd edək ki, Oleq Krapivinə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma), digər təqsirləndirilən Konstantin Kuçerə isə 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib.
Cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nikolayeviç, “Aviazapçast” ASC və "Promışlennie Postavki Kazaxstan” MMC zərərçəkmiş qismində tanınıb.
"Oleq Bakinski" DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilib. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.
İttihama görə, təqsirləndirilən Konstantin Kuçer mülki hava gəmilərinin ehtiyat hissələrini Ukraynadan gətirərək Hindistan, Qazaxıstan və digər ölkələrdə sata biləcəyini vəd verməklə zərərçəkən şirkətlərdən külli miqdarda pul vəsaiti alıb. Ələ keçirdiyi vəsaitləri Asiya və Avropadakı bank hesablarına köçürərək şəxsi ehtiyacları üçün istifadə etməkdə təqsirləndirilib.
İttihamda qeyd olunub ki, zərərçəkənlər Konstantin Kuçerlə görüşmək üçün Bakıya gəliblər. Daha sonra Oleq Krapivinlə birgə onun Bakıda yerləşən ofisinə gediblər. Bu zaman onlar arasında mübahisə yaranıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi