BAKIDA AĞACLAR KÖÇÜRÜLÜR, YOXSA... - İki qurum və İcra Hakimiyyəti məlumat yaydılar + VİDEOLAR (YENİLƏNİB)
03-03-2025 [14:57]
Aşağıda qeyd olunan və fevralın 28-da Mia.az-da yayılan xəbərlə bağlı Nərimanov Rayon İcra Hakimiyyəti redaksiyaya açıqlama ünvanlayıb.
Həmin açıqlamanı olduğu kimi təqdim edirik:
"Bildiririk ki, sözügedən ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi” Layihəsi çərçivəsində işlər həyata keçirilir.
Həmçinin bildiririk ki, yolun tikintisi zolağına düşən ağacların digər əraziyə köçürülməsinə dair aidiyyəti qurumunun müsbət rəyi verilmişdir. Həmin rəy əsasında mövcud qanunvericiliyin tələblərinə uyğun verilmiş Qərara müvafiq olaraq bu sahədə ixtisaslaşmış idarələr tərəfindən ağacların köçürülməsi prosesi mərhələli şəkildə həyata keçirilməkdədir".
***
Bakıda yeni avtomobil yolu ilə əlaqəli tikinti altına düşən yaşıllıqlar köçürülür.
Mia.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Ekspertiza Agentliyi və Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi fevralın 28-də birgə məlumat yayıb.
Bildirilib ki ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Akademik Həsən Əliyev küçəsi-“Koroğlu” metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi-Müzəffər Nərimanov küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni avtomobil yolunun inşası zamanı tikinti altına düşən yaşıllıqların mərhələli şəkildə köçürülməsinə başlanılıb: "Layihənin əhəmiyyəti, tıxacların qarşısının alınmasının vacibliyi nəzərə alınaraq Keşlə bazarı ətrafındakı tikinti altına düşən ağaclar Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən aqrotexniki qaydalara uyğun budanaraq köçürülüb, bioloji inkişafdan qalmış ağaclar isə aidiyyəti qurumun rəyi əsasında götürülüb".
***
Məlum oluduğu kimi, paytaxtın Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər yeni avtomobil yolunun tikintisi ilə əlaqədar aidiyyatı qurumlar 1650 ağac, 491 kol və tingin köçürüləcəyi barədə açıqlama vermişdilər. Tikinti ərəfəsində çəkilən görüntülər isə deməyə əsas verir ki, ağacların xeyli hissəsi köçürülmək əvəzinə, kəsilib.
Bu barədə memar-dizayner Aysel Hüseynova sözügedən ərazidən çəkdiyi görüntüləri sosial şəbəkədə paylaşıb.
Yaşıllıqların məhv edilməsi ciddi narazılığa səbəb olub.
Mia.az xəbər verir ki, məsələ ilə bağlı Pravda.az saytı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanlasa da, cavab ala bilməyib.
Xatırladaq ki, Dövlət Ekoloji Ekpsertiza Agentliyinin fevralın əvvəlində keçirdiyi ictimai dinləmədə bildirilmişdi ki, ağaclar müvafiq qaydada köçürüləcək, onlara aqrotexniki xidmətlər göstəriləcək, bioloji inkişafda qalmalarına nail olunacaq.
Onu da qeyd edək ki, “Ulduz” metrostansiyasından “Keşlə” bazarına qədər olan ərazidən 586, Dövlət Təhlükəsizliyi Xidmətinin Akademisyasının ərazisindən 74, “Keşlə” bazarının qarşısındakı restoranın ərazisindən 170, Əliyar Əliyev küçəsindən akademik Həsən Əliyev küçəsinin başlanğıcın qədər 820 ağacın köçülməsi nəzərdə tutulub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi