İcra başçısının müavini şəhid məclisində insident yaratdı - Xoşagəlməz olay - (Yenilənib)

img

04-08-2014 [13:53]


Dünən "Stansiya Sumqayıt" qəsəbəsində şəhid məclisində kiçik gərginlik yaranıb. 

MİA.az-ın əldə etdiyi məlumata görə, tanınmış ilahiyyatçı Bəhruz Əlizadə ictimaiyyətdə, marşurutlarda, telekanllarda şəhidlərlə bağlı isti məlumatların olmamasından nigaran olduğunu bildirib. Elə həmin vaxt Sumqayıt İcra Başçısının müavini Akif Quliyev ayağa qalxaraq, yas mərasiminə yaraşmayan tərrzdə "A, bala, mövzudan kənara çıxma. Çıxanda söhbət edərik, nə lazımsa, mən sənə başa salaram. Səni göndərərəm ora başa düşərsən...". 

İlahiyyatçı Bəhruz Əlizadə baş üstə deyib, gərginliyin artmaması üçün dua edərək sakit dayanıb. Hətta sonradan başçının müavini  "Səni dama basdıracam", - deyib.

A.Quliyevin bu hərəkətləri məclisdəki digər şəxslərin narazılığına səbəb olub, amma şəhid adına olan hörmətə görə məsələnin böyüməsinə imkan verilməyib. 

Hətta sonradan şəhidin atasının da icra başçısının məlum hərəkətindən narazı qalıb. O, "heç kim mənim məclisimdə başqa bir qonağa qarşı hörmətsizlik edə bilməz", - deyə, etirazını bildirib.

***

Bu barədə mia.az-a açıqlama veən B.Əlizadə deyib ki, bu olayın ictimailəşməsi bir o qədər də yaxşı hal deyil: "Mən ictimaiyyətin etinasızlığında gileyləndim. Başçının müavinin o cür reaksiya verməsi isə yanlışdır. Mən də məsələnin böyüməməsi üçün susqunluğu seçdim".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA