04-08-2014 [11:29]
Milli
Dirçəliş Hərəkatı Partiyası da bəyanat
yayıb.
Mia.az həmin bəyanatı olduğu kimi təqdim edir:
"Son günlər cəbhədə
erməni-rus birləşmələrinin aktivləşməsi nəticəsində, döyüşlər şiddətlənmiş və
demək olar ki, dünya ictimaiətinin diqqətini özünə cəlb etmişdir. Heç
şübhəsiz ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün yaxınlaşdığı
bir vaxtda cəbhədə gərginliyin artması tərəflərin marağına uyğun deyil. Lakin,
Rusiyanın hazırda beynəlxalq münasibətlərdə düşdüyü çıxılmaz vəziyyətrdən
dolayı, özünün yaratdığı münaqişə ocaqlarından istifadə etmək marağı və iyul
ayının sonlarına doğru Ermənistanda yerləşdirilmiş 102-ci hərbi hissəsində dağ
təlimlərinin keçirilməsi barədə yayılmış xəbərlər əslində maraqlı tərəfin
aşkarlanmasının göstəriciləridir.
Hardan qaynaqlanmasından asılı olmayaraq, düşmən cəbhədə
yaratdığı gərginliyinin layiqli cavabını alır. Azərbaycan ordusunun cavab zərbələri
Ermənistanda çaşqınlıq yaradıb. Qarabağda çoxsaylı itgi verən düşmən tərəfi ölkədə
etiraz dalğası yaranmasın deyə, Ermənistanla Qarabağ arasında olan mülki rabitəni
kəsib və itgilərinin sayını əhalidən gizlətməyə çalışır. Hətda, əldə etdiyimiz
məlumatlara görə, vəziyyət o həddə çatıb ki, qondarma rejim sakinlərdən
pasportları yığılıb ki, əhali Qarabağı tərk etməsin. Eynı zamanda, Ermənistan hərbi
müttəfiqi ilə birgə hərəkətə keçərək, Azərbaycana qarşı informasiya təziqindən
istifadə edirlər.
Biz, Milli Dirçəliş Hərəkatı Partiyası olaraq, xalqı mərkəzləşmiş
məlumat xidmətindən yararlanmağa və təxribat xarakterli şaiələrə uymamağa
çağırırıq. KİV-ni isə, xəbər qaydalarına və xəbər mədəniyyətinə riayiət etmnəyə
səsləyirik. Müdafiə Nazirliyinin yaydığı xəbərlərdən başqa, cəbhədən gələn şayiələrin
bir hissəsi dedi-qodu, bir hissəsi isə isə düşmən agenturasının yaydığı yanlış
informasiyadır. Ən azından, döyüş şəraitində birinin qəsdən, yaxid bilməməzlikdən
ötürdüyü məlumatı dərc etməklə hərbi sirri yaymış ola bilərsiniz. Nəzərə
alınmalıdır ki, bu hadisələr fonunda biz erməni mətbuatını necə izləyiriksə,
düşmən də bizim mətbuatı elə diqqətdə saxlayır. Bu səbəbdən də media nümayəndələrimizi
mətbuata çıxan hər bir xəbərin hansı fəsadlar yarada biləcəyinin məsuliyyətinin
fərqinə varmağa çağırırıq.
Bunlardan əlavə,
yaranmış gərgin vəziyyətdən kiçik siyasi maraqlar naminə yararlanmaq
yolverilməzdir. Biz hakimiyyətin siyasi kursunu ən sərt şəkildə tənqid edən
müxalifət partiyalarından biri olsaq da, bu gün üçün xalqa səslənirik ki, düşmən
hücumları və yaratdığı təxribatlar hakimiyyətə qarşı deyil, dövlətimizə və
xalqımıza qarşıdır. Toplum olaraq cəbhədəki gərginlikdən siyasi yararlar
çıxarmağa çalışanlara qarşı olmaliyiq və bu cür halları təxribat kimi qiymətləndirməyi
bacarmalıyıq.
Bu sınaqda bir dövlət və xalq kimi, birliyimiz müşahidə
olunur ki, biz bu bu birliyi qorumağı bacarmalıyıq və təxribatlara
uymamalıyıq. Bu gün cəbhədə gedən döyüşlər
Azərbaycan ordusunun nəzarətindədir. Ordumuz düşmənin layiqli cavabını verir. .
Ordumuzun düşmənə ağır zərbələr vurduğunu qarşı tərəf gizlətməyə çalişsa da
artıq dünya mətbuatına bu bərədə xeyli xəbərlər sızmışdır.
Düşmənin diversiya qurupunun qəfil hücumunun qarşısını alarkən və sonrakı davam edən şiddətli atışmalarda Azərbaycan ordusu Şəhidlər verdi. Lakin Azərbaycan ordusu ermənilər kimi itgilərini morqlarda gizlətmir, onları Şəhid adına layiq şəkildə son mənzilə yola salır. Vətənimizin müdafiəsi uğrunda verdiyimiz Şəhidlər xalqımızı kədərə boğan qürurlarımızdırlar. Tanrının sevimli bəndələri imişlər ki, Tanrı onları Şəhidlik zirvəsinə ucaltdı. Milli Dirçəliş Hərəkatı Partiyası olaraq başımız sağ olsun deyirik və xalqımıza bu ağır sınaqlarda səbr diləyirik!”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi