04-08-2014 [11:06]
Beynəlxalq
Münasibətlərin Araşdırılması Mərkəzi və Mərkəzin rəhbəri Rufiz Qonaqovun
işğalçı Ermənistanın atəşkəs rejimini pozaraq son günlər Azərbaycan Ordusuna
basqın etməsi ilə bağlı bəyanatı yayılıb.
Mia.az-a daxil olan bəyanatda deyilir ki, məlum olduğu kimi, işğalçı Ermənistan Respublikasının silahlı qüvvələri son günlər ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin mövqelərinə
bir neçə dəfə basqın etmiş,
kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini bir neçə dəfə keçməyə cəhd göstəriblər.
Bəyanatda vurğulanır ki, Ermənistan tərəfinin bu təxribatçı
addımları cəbhə xətti boyunca gərginliyin xeyli artmasına və çoxlu sayda insan
tələfatına səbəb olub. Yaranmış təhlükəli vəziyyətin bütün məsuliyyəti bu cür
təxribatçı addımların atılmasına göstəriş verən rəsmi İrəvanın və ona bu azğınlığı
etməyə imkan verən beynəlxalq qüvvələrin, 20 ildən artıq işğala və beynəlxalq
hüquq normalarının ciddi şəkildə pozulmasına göz yuman BMT, ATƏT, Avropa
Şurası, Avropa Birliyi kimi nüfuzlu beynəlxalq və regional qurumların, eləcə də
ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, RF və Fransa kimi böyük
dövlətlərin üzərinə düşür.
Bəyanatda daha sonra deyilir:
"Danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən,
status-kvonun qorunub saxlanmasında maraqlı olan və həmçinin Madrid sülh
planından boyun qaçıran işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının
müvafiq qətnamələrinə əməl etməməsi, qanlı etnik təmizləmə siyasəti həyata
keçirməsi, 1 milyondan artıq insanı öz yurdundan qovması və sonunda sülh
prosesinə xələl gətirən bu cür təxribatçı addımlar atması bu ölkəyə qarşı
beynəlxalq ictimaiyyət tərəfindən ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas
verdiyi halda, bütün bunlara rəğmən, Azərbaycan dövlətinə qarşı ikili
standartlar yeridən müvafiq təşkilatlar nədənsə susmaqda davam edirlər. Dağlıq Qarabağ münaqişəsinin həllində
vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan və Azərbaycan
prezidentlərinə müraciət edərək, gərginliyin azaldılması üçün təcili tədbirlər
görməyə və atəşkəs sazişinə hörmətlə yanaşmağa çağırıblar. Ancaq nədənsə 22 ildir
təsis edilən bu qurumun həmsədrlərinin regiona səfərləri tamamilə
səmərəsiz və boş bəyanatlar verməkdən ibarət olmuşdur. Həmsədrlər verdikləri
bəyanatda bildirirlər ki, "zorakılığın davam etdirilməsi davamlı sülhün əldə
olunmasını çətinləşdirəcək”. Lakin heç bir qəti nəticəyə nail olmayan bu
həmsədrlər unudurlar ki, sülh prosesinə ən böyük təhlükə elə Ermənistan silahlı
qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində olması və beynəlxalq
birliyinin bununla bağlı qəti addımlar atmamasıdır. Buna görə də, ilk növbədə
Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk
etməlidir, həmsədr ölkələr də bu məsələdə işğalçı dövlətə təzyiqlər
etməlidirlər.
ABŞ Dövlət
Departamentinin rəsmisi Marie Harfın yaydığı bəyanatda isə tərəflər təcili
olaraq gərginliyi azaltmağa və atəşkəsə riayət etməyə çağırılıblar. Azərbaycanla bağlı hər zaman qərəzli mövqe
sərgiləyən ABŞ Dövlət Departament müharibə alovları qızışan bir anda bildirir
ki, "münaqişənin hərbi yolla həlli mümkünsüzdür, qisasçılıq və zorakılıq
münaqişənin dinc yolla həllini yalnız çətinləşdirir”. Lakin bu çoxstandartlı
münasibət göstərən Dövlət Departamentinə xatırlatmaq lazımdır ki, Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin hər zaman vurğuladığı kimi
torpaqlarımızı hərb yolu ilə azad etmək hüququnu biz hər zaman özümüzdə
saxlayırıq, bu bizim suveren hüququmuzdur. Əgər ABŞ Dövlət Departamenti burada
"qisasçılıq” deyərkən, Azərbaycan Ordusunun bitməmiş müharibə zəminində öz
torpaqlarını azad etmək və mövqelərimizə xəbis diversiya əməliyyatları cəhdi
edən düşmənə sərt cavab verməyi nəzərdə tutursa, o zaman Beynəlxalq
Münasibətlərin Araşdırılması Mərkəzi olaraq bildiririk: Hər zaman Azərbaycan
dövlətini insan hüquqları və demokratiya məsələsində qaralamağa çalışan ABŞ
Dövlət Departamentinə xatırladırıq ki, 1 milyondan artıq azərbaycanlının
mülkiyyət hüququ 20 ildən çoxdur ki Ermənistan dövləti tərəfindən pozulmaqda
davam edir. Həlak olmuş minlərlə vətəndaşımız, iqtisadiyyat, sənaye, ekologiya,
təbiət və mədəniyyətimizə dəyən milyardlarla manat zərərin cavabdehi də işğalçı
dövlətlə yanaşı vəziyyət kritikləşən kimi Ermənistanı deyil, Azərbaycan
Respublikasını sülhə çağırmaqda təkid edən ABŞ Dövlət Departamenti və onun kimi
ədalətsiz mövqeyə sahib olan qurumlardır. Biz bir daha beynəlxalq qurum və
qüvvələrdən 20% ərazisi işğala məruz Azərbaycan Respublikasına münasibətdə
ədalətli və qəti mövqeyə malik olmalarını, təcili olaraq işğalçı Ermənistanın
ciddi şəkildə cəzalandırılmasını və ona qarşı beynəlxalq sanksiyalar tətbiq
olunmasını tətbiq edirik».
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi