6 erməni əsgərini məhv edən yaralı gizirimiz... - Deputat yazdı

img

04-08-2014 [10:56]


Millət vəkili Qənirə Paşayeva dünən Mərkəzi Hərbi Kliniki Hospitalında görüşdüyü yaralı gizirlə olan söhbətindən danışıb. 


Deputat bu barədə Facebook hesabında yazıb:

"Gizir Hüseynov Yaşar Əhəd oğlu! Bu gün Qospitalda onun əlixi sıxmaqdan və tanımaqdan qürur duydum. Belə oğullarla hamımız fəxr etməliyik. Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına layiqli şəkildə cavab verən zaman qolundan yaralanmasına,ağrılara baxmayaraq döyüşü davam etdirən və düşmən ordusunun 6 əsgər və hərbiçisini məhv edərək şəhidlərimizin intiqamını alan qəhrəman bir qardaşımız. Səninlə və səninlə bərabər düşmənə layiqli cavab verən bütün qardaşlarımızla fəxr edirik. Yaralı olmana baxmayaraq, sənin cəsarətin, ağrılara belə əyilməmən, yaralarım bir az yaxşılaşan kimi qayıdıram düz ön cəbhəyə deməyin gözümün qarşısından getmir. İnanırıq ki,sizin kimi oğulların sayəsində biz Ali Baş Komandanımızın, cənab Prezidentin rəhbərliyi altında Ermənistanın işğalı altında olan torpaqlarımızı da işğaldan azad edəcəyik. Səni kimi oğulların sayı daha da çoxalsın.Bütün dualarımız səninlə.İnşallah Allahın və həkimlərimizin yardımı ilə tezliklə sağalacaqsan.Yaşar qardaşımızdan dualarınızı əksik etməyin".

qafqazinfo


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA