04-08-2014 [09:29]
Şabran şəhəri, N.Tusi küçəsi ev 16-da yaşayan, Şabran Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsində əməliyyat tibb bacısı işləyən Sevinc Mirzəyeva Prezident İlham Əliyevə ünvanladığı şikayət məktubunun surətini redaksiyamıza göndərib.
Şikayətçi Şabran Rayon Mərkəzi Xəstəxanasında baş verən biabırçı olaylardan narazılığını qeyd edib: «Mən 1991-ci ildən Şabran Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsində əməliyat tibb bacısı işləyirəm. Avtoklavin və liftin istismarında əməyin mühafizəsi üzrə nümunəvi təlimatın tələblərinə əsasən ixtisaslaşdırılmış kurs keçdikdən sonra əməyin mühafiəzəsi üzrə təlimatlandırıldığımdan sonra avtoklavçı işləyirəm. İki il bundan əvvəl Şağran RMX-na cərrah kimi işə qəbul edilmiş Ramiz Həsənov 2014-cü ilin yazında Şabran RMX-nın cərrahiyyə şöbəsinə müdir təyin edilib. Özü ailəli olmasına baxmayaraq, xəstəxananın reanimasiya şöbəsində xadimə işləyən, Şabran şəhəri Sabir küçəsində yerləşənatası Mirqəzənfərin evində yaşamış Günayı qaçırdaraq Q.Qasımov küçəsində ona ev kirayələyərək saxlayır. Bir müddət əvvəl iş yerimə gəldikdə əməliyat otağının qan içində olduğunu gördüm. Sonradan məlum oldu ki, doktor Ramiz Həsənov mənə xəbərdarlıq etmədən əvəzimə əməliyyata təhsili olmayan, avtoklav üzrə təlimat və kurs keçməyə xadimə Günayı qeyri-qanuni olaraq, əməliyata buraxıb. Mən natəmizliyə və avtoklava daxil olması qadağan edilmiş şəxsin ora daxil olmasına irad tutaraq etirazımı bildirdim. Ramiz Həmənov isə mənə xadiməinin işini görməyə əmr etdi, mən isə imtina etdim. Bu hadisədən sonra Ramiz Həsənov mənimlə ədavət aparır».
S.Mirzəyevanın sözlərinə görə, həkim R.Həsənov özbaşınalıq edərək, təlimatın tələblərini pozaraq, avtoklavı öz işlədir, biksləri özü yığır, əməliyyat otağına təlimatlandırılmamış və əmrdən kənar 2 nəfər işçi götürüb. «Onlarndan biri reanimasiyada tibb bacısı işləyən Aynurədir, digəri isə əvvəllər onun tanışı olmuş Sumqayıtda yaşayan, tibb təhsili və təcrübəsi olmayan rəsmən işə qəbul edilməmiş Könül adlı şəxsdir. Hazırda əməliyatxananı xadimə Xırda idarə edir, qanunsuz işə götürdüyü adamlar isə alətlərin adlarını bilmir, aseptiki, antiıeptikadan ayıra bilmirlər. Bundan əlavə, sarğı otağında tibb təhsili və təcrübəsi olmayan xadimə Gülsümü işlədir. Bütün bunlar ona görədir ki, onun əxlaqsız hərəkətlərini görməyim. Mənim növbədə olduğum vaxt vacib olsa belə, xəstələrin həyatının təhlükəyə ataraq əməliyat eləmir. Ramiz Həsənova ondan şikayət edəcəyimi bi dirmişəm. Amma o «Mən naxçıvanlıyam, mənə heç kim heç nə edə bilməz» deyir. Ona görə də xahiş edirəm ki, Şabran RMX-nın cərrahiyyə şöbəsinin əməliyyat bloknda qanuna müvafiq rejimin bərqərar olunmasına və Ramiz Həsənovun əməllərinə CM-nini tələblərinə uyğun ölçü götürülməsi üçün lazımi addımlar atasınız», - deyə S.Mirzəyeva əlavə edib.
Məsələyələ bağlı Şabran Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aslan Usubovla əlaqə saxladıq. Rusiyada istirahtdə olduğunu deyən baş həkim yuxarıda qeyd olunanlardan xəbərdar olduğunun bildirib. Onun sözlərinə görə, bütün bunlar S.Mirzəyeva ilə həkim R.Həsənov arasında baş verən ədavətdən irəli gəlir. Məsələylə bağlı araşdırma aparılıb, hər hansı qanun pozuntusu aşkarlanmayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi