04-08-2014 [01:15]
"Region” Beynəlxalq Analitik Mərkəz (RBAM) cəbhə bölgəsində Ermənistanın atəşkəs rejimini pozaraq Azərbaycan əsgərlərini qətlə yetirməsi və təmas xətinə yaxın yaşayan dinc əhalinin yenidən yurd-yuvasından köçkün düşməsi ilə bağlı bəyanat verib.
Bu barədə Mia.az daxil olan bəyanatda deyilir: "Son bir neçə gün ərzində Ermənistanın atəşkəs rejimini pozaraq, ondan artıq Azərbaycan silahlı qüvvələrinin əsgərini öldürməsi və cəbhə bölgəsində yaşayan dinc əhalini yurd-yuvasından yenidən didərgin salması bizi çox narahat edir. Artıq atəşkəs rejimi 20 ildir ki, davam edir. ATƏT-in Minsk Qrupu bu 20 il ərzində hiss ediləcək nailiyyət əldə etməyib. Azərbaycan qaçqın və köçkünləri isə yurd-yuvasına qayıtmaq üçün siyasətçilərə təzyiq göstərməkdədir. Bu illər ərzində Azərbaycan atəşkəs rejiminə əməl edib, sülh prosesinə sadiqliyini nümayiş etdirib, lakin bunun fonunda beynəlxalq ictimaiyyətin reaksiyası adekvat olmayıb. Atəşkəs rejimi əbədilik ola bilməz. Həssas tərəf Azərbaycan olsa da, Ermənistan havadarlarına güvənərək yeni-yeni qanlar tökməkdədir. Azərbaycan dövləti özünü müdafiə etmək, o cümlədən vətəndaşlarının təhlükəsizliyini təmin etmək hüququna malikdir”.
Daha sonra bəyanatda deyilir: "ATƏT-in Minsk Qrupunun mövqeyi anlaşılmazdır. Onlar 20 ildir ki, sülhə və barışa çağırırlar, lakin əməli fəaliyyətləri yoxdur. 1 milyona yaxın qaçqın və köçkünü olan ölkə 20 il təzyiq qarşısında davam gətirə bilərmi? Bir milyon insanı yedirmək, geyindirmək, sosial müavinətlə təmin etmək, onların mənzil şəraitini yaxşılaşdırmaq üçün milyardlar xərcləmək nə deməkdir? Ərazisinin işğalı nəticəsində 100 milyarddan çox ziyana düşmək və bunun acı nəticələrini təkbaşına daşımaq nə deməkdir? Bunu kimin ayağına yazaq? Minsk Qrupunun missiyası erməni işğalını müdafiə etməkdənmi ibarətdir?”
"Region” Beynəlxalq Analitik Mərkəz (RBAM) dünya ictimaiyyətini erməni istilasına və atəşkəs rejimini pozmasına sakit qalmamağa və Azərbaycan vətəndaşlarının pozulmuş hüquqlarını müdafiə etməyə çağırır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi