Günün acı fotosu: Şəhid oğlunun göz yaşı və titrəyən qəzəb - FOTO

img

03-08-2014 [23:43]


Bu şəkil Qazaxda çəkilib. Şəkildə general Rövşən Əkbərov və şəhid gizir İsa Almazovun böyük oğludur.

General şəhid oğluna atasının layiq görüldüyü medalı verir. Oğul göz yaşlarını tuta bilmir və ağlayır. 

12-13 yaşlı uşaqdır, anlayır ki, atası artıq yoxdur, həyatını vətən yolunda fəda edib. 

Bu üç gündə bu qapıya çox adam, vəzifəli şəxslər, yüksək rütbəli hərbçilər gəlib-gedib, hamısı da ona təsəlli verib. Amma bu, onu ovundurmur. Yaxasına taxılan bu medal onun umrunda deyil. Bu medal onu sevindirmir, qəhərləndirir.Atasının yarımçıq qoyub getdiyi evi başa gətirmək, qardaş-bacılarını böyütmək bu uşağın hələ kövrək çiyinlərinin yükü olacaq.

12-13 yaşlı bu oğlan bir günün içində evin kişisi olub. 


Bir azdan hamı çəkilib evinə gedəcək, hər kəs öz qayğılarını yaşamağa başlayacaq və bu uşaq bu amansız dünyanın gərdişi ilə üzbəüz qalacaq. 

Kim bilir, neçə yerdə haqqı tapdananda "mən şəhid oğluyam, mənim atam sizin uğrunuzda vuruşub, həlak olub" deməli olacaq.

Ağlama, şəhid balası, güclü ol. Dərslərini yaxşı oxu...

(Musavat.com)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA