Erməni əsgərləri Şınıxda 15 yaşlı məktəbli qızı yaraladı

img

03-08-2014 [19:11]


Ermənistan ordusu təmas xəttinin digər istiqamətləri ilə yanaşı Gədəbəy istiqamətində də ordumuzun mövqelərini və yaşayış məntəqələrini aramsız olaraq atəşə tutmaqdadır.

MİA-nn Virtualaz.org-a saytına istinadən xəbərinə görə, bu gün günorta saatlarında Gədəbəyin Ermənistanla həmsərhəd Şınıx bölgəsinin Göyəlli kənd sakini, IX sinif şagirdi Tağıyeva Şəlalə həyətlərində oynayarkən düşmən gülləsinə tuş gəlib.

Ş.Tağıyevanın valideynlərinin virtualaz.org saytına verdiyi məlumata görə, erməni gülləsi qızın ayağından dəyib. Yaralı Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına aparılıb və orada ona tibbi yardım edilib. Hazırda yaralı xəstəxanadadır.

Ş.Tağıyevanın ailəsi Göyəlli kəndinin ən ucqarında, Ermənistan ordusunun "Sümüklü” dağındakı mövqelərindən görünən ərazidə yaşayır. Kənd sakinlərinin bildirdiyinə görə, ermənilər neçə gündür ki, kəndin yuxarı hissələrini, habelə otlaq sahələrini və kənd təsərrüfatı işləri ilə məşğul olan sakinləri müntəzəm olaraq atəşə tutur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA