Ballıca balı
20-02-2025 [19:42]
Otuz üç il əvvəl barıt və qan qoxulu soyuq fevral gecəsində erməni zülmündən qaçıb Ağdama çatmaq istəyən məsum insanlara,- bir gün gələr isti evinizdə dövlət başçınızla birgə ballı çay içərsiniz desəydilər, bu bəlkə də onlara heç zaman həyatda görə bilməyəcəkləri şirin bir yuxu söhbəti kimi gələrdi. Amma bir həftədə Bəşəri taxtan endirib kafirə sığındıran fələyin gücünə bax ki bunu da gördük və çox şükür indi ballıcalı sakinlər bəlkə də bu dünyanın ən xoşbəxt insanlarıdırlar ki, qalib ölkənin qalib dövlət başçısı Prezident cənab İlham Əliyev onların evinə qonaq gəlib, onların uzun illər həsrətində olduğu gözəl günlərin rəsmən açılışını etdi.
Ölkə başçımız, Prezident cənab İlham Əliyevin erməni işğalından azad olunmuş torpaqlarımıza hər bir səfəri istər burada yenidən məskunlaşan yerli sakinlərdə, istərsə də bütün ölkədə böyük sevincə səbəb olmaqla qalib dövlətimizin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi Böyük qayıdış üzrə işlərinin tam sürət və qətiyyətlə davam etdiyini bir daha göstərir. Otuz ildən artıq biri müddətdə isti ocağından ayrı düşmüş insanların doğma yuvasına qaytaran bu qayıdışdan bəhrələnən hər bir keçmiş məcburi köçkün ailəsi onlara qonaq gələn dövlət başçımızı böyük sevinclə qarşılayır, bunu həyatlarının ən yaddaqalan hadisəsi kimi qeyd edirlər. Hələ Ulu Öndər Heydər Əliyev Biləsuvarda çadır şəhərciyində müvəqqəti məskunaşmış məcbiri köçkünlərin toy şənliyinə qatılanda bu günlərin də uzaqda olmadığını, bir gün gələr, Şuşanın, Xankəndinin, Ağdamın, Kəlbəcərin, Laçının, Qubadlının, Zəngilanın geri alınacağını, Xocalının qisasının qiyamətə heç qalmayacağını gözləri nisgil dolu insanlara vəd etmişdi. Və vədə gəldi və Ata nəsihətinə sadiq olan və bu gün bu mürəkkəb dünyada dünyanın ən xoşbəxt adamı olan dövlət başçımız cənab İlham Əliyevin “vur!” əmriylə coşan igid oğullarımız cəmi 44 günə bu gözəl, bərəkətli torpaqları erməni mikrobundan təmizlədi. Ermənilərdən miras qalmış bataqlıqları qurutmaq üçün isə bir gün belə keçmədən konkret quruculuq və abadlıq işlərin başlayan Azərbaycan Respublikası dövləti qısa müddətdə Xirosima xarabalıqlarını xatırladan bu yerlərə mədəniyyət, iqtisadiyyat, rifah gətirdi. İndi bir zamanlar ayaqqabısını, isti paltarını belə götrüməyə acal tapmadan evini, əşyalarını, həyət-bacasını, mal-qarasını erməni talançılarına tərk edən xocalılıar arı yeşiklərini həyətlərinə düzüb güllə səsləri gəlməyən, sakit, gözəl həyatın, təmiz havanın, sərin bulaqların bal kimi dadını çıxarırlar.
Ballıcada bal dadıb, sakinlərlə şirin söhbət etmək çox gərgin iş qrafikinə mailk dövlət başçımız üçün də bir az dincəlmək fürsəti oldu. Ölkəmizin iqtisadi və sosial məsələlərinin və xarci siyasətdəki mürəkkəb münasibətlərin həllində əməyinin boşa getmədiyinə, qarşıya qoyduğu vəzifələrin tam yerinə yetirldiyinə şahid olan Prezidentimiz üçün sadə bir vətəndaşının evinə qonaq olub, çay içmək onun hər zaman xalqın içində olduğunu, xoşbəxt həyat yaşayan insanların sevincini bölüşdüyünü bütün dünyaya bir daha göstərdi. Bu çay süfrəsi, buradakı şirin söhbətlər bir daha göstərdi ki, çətinliyə düşsə də, işğala məruz qalsa da səbr edib, güc qazanıb Böyük qələbə gününə hazırlaşan və bunu bacaran Azərbaycan öz qalib Sərkərdəsi ilə həmişə fəxr edir. Beləcə, ölkəmizin hər bir vətəndaşı sevdiyi dövlət başçısını evində qonaq edib, onu qucaqlayan, onunla gözəl arzularını paylaşan insanlarla birgə olduqda onların bu gözəl xatirələrini bal ətirli söhbətlərindən bir daha eşidəcəklər.
Əli Cabbarov
Naxçıvan Dövlət Universitetinin dosenti
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi