Nəsimi rayonunda “Suverenliyimizin sağlam gələcəyi: Keçmişdən bu günə” adlı tədbir keçirilib - FOTOLAR
20-02-2025 [16:39]
Nəsimi rayon Polis İdarəsinin inzibati binasında Nəsimi Rayon İcra Hakimiyyətinin Rayon Polis İdarəsi ilə birgə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suverenliyimizin sağlam gələcəyi: Keçmişdən bu günə” adlı tədbir keçirilib.
Mia.az-ın məlumatına görə, tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin, Nəsimi Rayon Polis İdarəsinin məsul əməkdaşları, qazilər və rayon gəncləri iştirak edib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Ağayev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan 28 dekabr 2024-cü il tarixli sərəncam ilə Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir.
Vüqar Ağayev qeyd etdi ki, məhz bu il 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiyanın qəbul edilməsinin 30 illiyi və 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi Zəfərin 5-ci ildönümüdür. Bu sərəncam dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən imzalanan sərəncam ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi məna ifadə edərək, hüquqi dövlətçilik və suverenlik dəyərlərini yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün vacib olmuşdur.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxışında müasir və müstəqil Azərbaycanda suverenlik və tarixi gələcəyimizin bərqərar olmasında Ümummilli Lider Heydər Əliyevin rolu və uzaqgörənliyindən bəhs edib. Qeyd edib ki, 1993-cü ildə ölkəmiz suverenliyini itirmək məcburiyyətində qaldığı bir zamanda Ulu öndər Heydər Əliyevin dərin dühalığı və müdrikliyi ilə Azərbaycan yeni inkişafa doğru inamla addımlamış, eləcə də sağlam dövlətçiliyin əsası qoyulmuşdur. Azərbaycan suverenlik uğrunda ən böyük qələbəyə nail oldu və gücünü bütün dünyaya göstərdi, beynəlxalq hüquqi təmin etdi. Cənab Prezident İlham Əliyev müstəqil və güclü dövlət qurdu, Qoşulmama hərakatında lider oldu, iqtisadi müstəqilliyi təmin etdi. 2023-cü ildə Qarabağda suverenliyin tam bərpasına nail oldu. Bugünkü müstəqil və qüdrətli Azərbaycan İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Azərbaycan dövlətçiliyinin inkişafında və müstəqilliyinin möhkəmləndirilməsində Prezident İlham Əliyevin liderliyi altında Birinci vitse-prezident Mehriban Əliyevanında mühüm xidmətləri olmuşdur. Mehriban xanım həm hüquqi dövlət quruculuğunda, həm də Azərbaycanın suverenliyinin qorunmasında əhəmiyyətli rol oynayır. Mehriban Əliyeva ölkədə hüquqi islahatların artırılmasında, humanitar siyasətin həyata keçirilməsində, sosial rifahın gücləndirilməsində, qadın və uşaqların hüquqlarının qorunmasında, beynəlxalq konvensiyaların təqbiqi və qanunvericiliyin təkmilləşdirilməsində, mədəni irsin qorunmasında, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında, insan kapitalının inkişafında və milli birliyin təmin olunmasında xüsusi rolu var.
Daha sonra çıxış edən gənclər Sevinc Eyyubzadə və Sənan Hüseynov gənclərə göstərilən dövlət qayğısından, inkişaflarına yönələn layihələrdən bəhs etdilər. Bildirdilər ki, müstəqil, suveren, hüquqi, demokratik və inkişaf etmiş ölkənin gəncləri olmaqdan qürur duyduqlarını nəzərə çatdırdılar.
Çıxış edən “Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri” İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev bildirdi ki, 1990-cı illərin əvvəllərindən hərbi təcavüz ilə üzləşən ölkəmiz beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazilərinin iyirmi faizinin işğal edilməsi ilə qarşı-qarşıya qaldı. Ermənistanda və işğal olunmuş torpaqlarımızda azərbaycanlılara qarşı etnik təmizləmə aparılmış, insanlıq əleyhinə və hərbi cinayətlər törədilmiş, təbii resurslar talan edilmiş, şəhər və kəndlərimiz viran edilmişdir. Lakin bu ərazilər otuz ilə yaxın müddət ərzində işğal altında qalsa da, hər zaman suveren Azərbaycan əraziləri olaraq tanınırdı. A.Quliyev çıxışına davam edərək qeyd etdi ki, gənclər dövlətçilik tariximizi dərindən öyrənməli və hüquqi əsasların möhkəmləndirilməsinə töhvə verməlidirlər.
Tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılmış, ikitərəfli fikir mübadiləsi aparılmışdır.
Tədbirin sonunda Nəsimi rayon Polis İdarəsinin rəisi Vüqar Ağayev kibercinəyatkarlığa qarşı mübarizə ilə bağlı ətraflı məlumat vermiş və İdarə tərəfindən hazırlanmış maarifləndirici bukletlər əməkdaşlar tərəfindən tədbir iştirakçılarına paylanılmışdır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi