Zakir Həsənov əmr verdi - SİYAHI

img

03-08-2014 [14:02]


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 3 avqust 2014-cü il tarixli əmrinə əsasən "Azərbaycan Respublikasının "Hərbi xidmətdə fərqlənməyə görə" medalı haqqında" Əsasnaməyə müvafiq olaraq, aşağıda adları göstərilən hərbi qulluqçular ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif ediliblər:

1. Gizir Almazov İsə Ziyad oğlu
2. Gizir Əliyev Pərvin Səlahəddin oğlu
3. Kiçik gizir Hüseynov Rahil Əfsər oğlu
4. Kiçik gizir Əhmədov Elçin Rasim oğlu
5. MAHHXQ əsgər Quliyev Sənan Qeyrət oğlu
6. MAHHXQ əsgər Əhmədov Qaryağdı Eldar oğlu
7. Əsgər Məmmədov Səftər Əlihüseyn oğlu
8. Əsgər Rəhimov Əli Fətulla oğlu
9. Əsgər Coşqunov Mustafa Əhmədcan oğlu
10. Əsgər Abdulov Hüseyn Etibar oğlu
11. Əsgər İbrahimov Elnur Məhiyəddin oğlu
12. Əsgər Poladov Vüqar Hidayət oğlu

Müdafiə nazirinin göstərişinə əsasən avqustun 3-də və 4-də hərbi qulluqçuların ailələrinə medalların təqdim edilməsi mərasimləri təşkil ediləcək. 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov bir daha şəhidlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA