"Çoxlu ölən və yaralanan olub" - Erməni əsgərdən etiraf (VİDEO)

img

03-08-2014 [12:22]



Cəbhə xəttinə yaxın ərazilərdə yaşayan ermənilərin köçü ilə bağlı ATV kanalı maraqlı sujet yayımlayıb. Süjetdə erməni sakinlər atəşkəsin pozulmasından narahat olub buraları tərk etdiklərini etiraf edirlər. Bildirirlər ki, postda duran erməni əsgərləri arıq, cılızdır və əlində silah tuta bilmir. Ona görə də, erməni sakinlər özlərini təhlükəsiz hiss etmirlər. Həm də etiraf edirlər ki, onsuz da bu torpaqlar gec-tez Azərbaycana qaytarılacaq. Ermənilər həm də etiraf edirlər ki, gənclərin hamısı çoxdan Rusiyaya qaçıb.

Cəbhədə baş vermiş atışmada yaralanan erməni əsgəri isə daha maraqlı açıqlamalar verib. O bildirib ki, əsgər yoldaşları arasında çoxlu ölən və yaralanan olub. Onun özünün isə silahı olmayıb. Atışma zamanı qaçıb gizlənmək istəsə də, yaralanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA