“Mercedes Benz-Azərbaycan”ın adı qalmaqalda - Dünya mediası sirrin üstün necə açıb? + FOTOLAR
18-02-2025 [14:12]
Azərbaycanda fəaliyyət göstərən “Avtokapital Azərbaycan” şirkəti ilə bağlı Ukrayna mediasında tərəfimizdən maraqlı araşdırma aparılıb.

Orxan Hacıyev
Tribunainfo.az xəbər verir ki, “Antikor” sayıtında “Mercedes-Benz” şirkətinin rəsmi distribyutoru olan bu şirkətin Rusiya ilə şübhəli əlaqələrindən bəhs olunur. Geniş araşdırma yazısında qeyd edilir ki, Orxan Hacıyevin rəhbərliyi altında “Avtokapital Azərbaycan” şirkətinin son iki ildə ölkəmizə gətirilən “Mercedes-Benz” markalı avtomobillərin satışında artım müşahidə olunub.
Ukrayna saytı yazır ki, satışın artımın əsas səbəbi bu avtomobillərin heç də Azərbaycan daxilində təlabatının artması deyil. “Antikor”un araşdırmasına görə, “Avtokapital Azərbaycan”, Qazaxstan və digər ölkələrdə fəaliyyət göstərən “Mercedes-Benz”in digər distribyutorları bu maşınları əsasən Rusiyaya satmaqla məşğuldurlar. Buna sübut olaraq qeyd edək ki, bu markanın tam yeni 2024 il istehsalı olan “GLS AMG” modeli Rusiya bazarında 400 min dollar civarında satılır. Bu isə model üzrə fantastik qiymət hesab edilir. Burda həmçinin qeyd etmək olar ki, redaksiyamıza “Mercedes”in Azərbaycan nümayəndəliyinin əməkdaşları tərəfindən qlobal defisitdə olan modellərin spekulyativ qiymətlərlə ticarət edilməsi barəsində məlumat daxil olub. Buna dəlalət yeni G-class modelləri ola bilər. (Bu haqda geniş təqdim edəcəyik.)
Təxminən 2023 cü ildə Britaniyanın nüfuzlu “Sky News” telekanalı da bu mövzuda maraqlı xəbər paylaşıb. Telekanal araşdırmasında qeyd edir ki, Azərbaycandan ixrac edilən avtomobillərin sayı 4800% qədərində artıb.
Britaniya kanalı onu da vurğulayır ki, Cənubi Koreya, Yaponiya, Almaniya kimi ölkələrin də istehsalı olan avtomobillərin Azərbaycana gətirilib, buradan Rusiyaya idxal edilir. “Bu isə həmin avtomobil şirkətlərinin Azərbaycanda olan nümayəndəliklərinin Rusiyaya qarşı sanksiyaları yan keçirmək, işğalçı müharibə aparan dövlətə dəstək verməsi kimi dəyərləndirilir”.
Məlumatlarda qeyd edilir ki, Qərbin sanksiyaları altında olan Rusiyaya bu avtomobil satışının həyata keçirilməsi “Mercedes” şirkətinin prinsiplərinə də ziddir. Çünki 2022-ci idlə bu konsern Rusiya bazarından çəkildiyini bəyan edib və sanksiyalar səbəbindən bu ölkəyə maşın satışını dayandırıb.
Hətta bir qədər əvvəl Rusiyada peyda olan çoxlu sayda “Mercedes Benz” markalı maşınlarının necə olub da, sanksiya altında olan ölkəyə gedib çıxmasını araşdıran alman şirkəti kələfin bir ucunu Moldovada tapıb. Məlum olub ki, şirkətin Moldovadakı nümayəndəliyi əl altdan maşınları Rusiyaya baha qiymətə ötürürmüş. Nəticədə, şirkətinin fəaliyyəti dayandırılmışdır.
Bəs belə olan halda “Avtokapital Azərbaycan” niyə belə bir addım atıb? “Antikor” yazır ki, bunun səbəbkarı “UkrAVTO”nun sahibi, Regionlar Partiyasının keçmiş üzvü Tariel Vasadzedir. Çünki milyardlarla dollar sərvəti olan Vasadze, həm də “Avtokapital” konserninin rəhbəri, “Mercedes Benz” şirkətinin rəsmi distribyutorudur.
Həmin araşdırmalara görə, Vasadzenin törəmə şirkətləri müxtəlif ölkələrdə 2022-ci ilə kimi ildə 1500-2000 ədəd “Mercedes” markalı avtomobil satıb. Hazırda isə bu rəqəm qat-qat artıb ki, bu da məsələnin bir ucunun Rusiyaya gedib bağlanmasına səbəb olub.
Vasadzenin adı bir neçə dəfə qalmaqallı məsələlərdə də hallanıb. Bu sırada 2023-cü ildə Qazaxıstanda açılan UkrAvto-nun nümayəndəliyinin Rusiyaya “Mercedes” satması ilə gündəmə gəlmişdir. Həmin şirkətə isə Tariyel Vasadzenin qızı Nina Vasadzenin başçılıq etdiyi məlum olmuşdur.
Maraqlı məqamlardan biri budur ki, Alma-Ata rəsmiləri maşınların Rusiyaya bu və ya digər formada satılmasını müəyyən etdikdən sonra şirkətə xəbərdarlıq etmişdilər. Bu faktın müəyyən edilməsi “Avtokapital” şirkəti tərəfindən birdən birə Qazaxıstanda satışların 10 dəfə artırmısı göstərib.
İşin digər ilginc tərəfi isə odur ki, Vasadzenin satdığı “Mercedes”in səsi işğal altında olan Krımdan da gəlmişdir. Məlum olmuşdur ki, “Mercedes Benz” korporasiyasının qəti qadağan etdiyi bu hal pozulub.
“Antikor” yazır ki, Rusiyaya maşın satmaq məsələsində Azərbaycandakı dstribyutor da rol oynayıb, hər nə qədər məsələni gizli saxlasa da, bunu aşkarlamaq onlar üçün çətin deyil. Eyni zamanda, bu məsələdən Bakının xəbər tutacağı təqdirdə, “Avtokapital Azərbaycan”ın nə edəcəyini də maraqla izlədiklərini bildirirlər.
Sayt Bakıdakı yeni təyin edilən nümayəndə Fərhad Rzayevlə dəfələrlə telefonla əlaqə saxlayıb, məsələyə münasibətini öyrənməyə çalışıb. Lakin qarşı tərəf ona cavab verməkdən imtina edib.

Tariel Vasadze
Yazının müəlliflərindən biri Anastasiya Kovaleva isə başqa bir məsələni də üzə çıxarıb. O yazır ki, bu işdə Vasadzenin qızı Ninanın həyat yoldaşı, Türkiyə vətəndaşı, habelə Türkiyənin “Bosphorus Development” şirkətinin rəhbəri Mehmet Vahit Saçlıoğlunun da iştirakı mövcuddur. Onun sözlərinə görə, Mehmet Vahit hazırda Ukraynada “Vasadzelərin” iri tikinti layihələrindən birini həyata keçirir. O, həmçinin qaynatasının adından “Avtokapital” şirkətinin də idarəçilərindən biridir və Ukrayna dövlətində “pul yuma” qalmaqalında da adı çəkilir. Söhbət o, “Avtokapital” şirkətindən gedir ki, onlar “Mercedes Benz” şirkətinin əsas distribyutorlarıdır və onların bir qolu da Azərbaycanda fəaliyyət göstərən “Avtokapital Azərbaycan”dır.
“Mercedes-Benz Group AG” korporasiyası öz nümayəndələrinə elan edilmiş sanksiyaları dəstəkləmək öhdəliyini bəyan edir. Buna baxmayaraq, yüksək mənfəət əldə etmək imkanlarına gəldikdə müəyyən şübhələrə səbəb yaratmamaya bilməz. Belə olan halda güman etmək olar ki, korrupsiya sxemlərində təkcə regional nümayəndələr deyil, həm də “Mercedes-Benz Group AG” korporasiyasının bəzi orta səviyyəli menecerləri də onlarla birbaşa əlaqədə olub, qanunsuz hərəkətlərə göz yummağa şərait yaradır.

Tribunainfo.az araşdırması zamanı başqa bir maraqlı məqamın üstünü açıb. Belə ki, 44 günlük Vətən Müharibəsi zamanı “Mercedes” şirkəti Ermənistan ordusuna külli miqdarda ianələr edib. Halbuki işğalçı bir ölkəyə, xüsusən də müharibə getdiyi bir zamanda bu qədər yardımın edilməsi Azərbaycana qarşı açıq düşmənçilikdən başqa bir şey deyildir. Erməni Mercedes-in bu cür hərəkətləri qlobal brendin prinsiplərinə ziddir. Bu vəziyyətdə azərbaycanlı distribyutor qətiyyət nümayiş etdirə bilməyib və brendin Ermənistan təmsilçisinin qanunsuz hərəkətlərinə görə cəzalandırılmasına nail ola bilməyib. Burada erməni “Mercedes”in Ukraynanın daxili işlər naziri, etnik ermənisi Arsen Avakovla yaxın münasibətini qeyd etmək istərdik ki, o, həm də qalmaqallı biznesmen Tariel Vasadzenin bəzi layihələrində şərikdir. Qeyd edək ki, Avakov nazir olarkən Tariel Vasadzenin şirkətlərindən nazirlik üçün yüz milyonlarla dollar həcmində avtomobil alışı həyata keçirib. Xüsusən qeyd etmək istərdik ki, Avakov və Vasadze eyni siyasi partiyanın üzvləri olublar.

Lakin “Avtokapital Azərbaycan” Azərbaycanda fəaliyyət göstərdiyi, bu ölkədə maşın satıb, külli miqdarda pul qazandığı halda nəinki Azərbaycan Ordusuna, heç şəhid ailələri və qazilərin müalicəsi və problemlərinin həlli üçün fəaliyyət göstərən “Yaşat” fonduna belə bir qəpik də olsun ianə etməyib. Eyni zamanda, sözügedən şirkət Azərbaycanda mühüm olan heç bir təşkilat və quruma yardım və ianə etməyib.
Bütün bunlar “Avtokapital Azərbaycan”ın böyük pullar qazanması həvəsi və hirsindən irəli gələ bilər. ELƏ AZƏRBAYCANA QARŞI HÖRMƏTSİZLİYİNƏ DƏ DƏLALƏT EDƏ BİLƏR! Lakin heç kim bu şirkətə o haqqı verməyib ki, səhlənkarlıq və özbaşınalıq edərək, Azərbaycan dövlətini zərbə altında qoysun. Çünki bu məsələnin üzəri açılarsa və şirkətin sanksiya altında olan Rusiyaya “Mercedes Benz” satdığı təsdiqlənərsə, Azərbaycan dövləti də buna görə zərər çəkəcək. Ona görə də, rəsmi qurumların bu şirkətin fəaliyyətini yoxlamaqda, onun Rusiya ilə əlaqələrini müəyyən etməsi üçün addımlar atmasında fayda var.
Yazıda adı keçən şəxs və şirkətlərin də mövqeyini dərc etməyə hazırıq(Mənbə: pravda.az).
Yuxarıda qeyd olunan faktlar barədə redaksiyamız tərəfindən araşdırmaları davam edir.

Qeyd: Bu məqalədə Ukrayna və Qazaxıstan jurnalistlərinin media araşdırmalarından istifadə edilib:
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi