MƏNİM MÜSAHİBLƏRİM (Şeytanla, İnsanla və Allahla müsahibə)
18-02-2025 [10:57]
I.Şeytanla müsahibə
Mən onu başqa cür, nə isə qorxulu bir məxluq kimi təsəvvür edirdim. Amma kostyumda, qalstukda görəndə, Vallah, heyrətləndim. Hələ, deyəsən bizim tarixi qəzetlərin birinin redaktoruna oxşayırdı. Saç-saqqalına dən düşmüşdü, əllini ötmüşdü. Amma, necə deyərlər, viddi, görkəmli adam idi. Mən heyrətimi gizlədə bilmədim, sözlə ifadə etdim, “mən sizi başqa cür təsəvvür edirdim” dedim...
- Tüklü, buynuzlu, üzü dalından qırmızı – elədir?! Qələm düşmən əlindədir, məni istədiyiniz kimi təsəvvür, hətta təsvir edirsiz. Amma mən mələyəm, sizin kimi palçıqdan yox, işıqdan yaranmışam, istədiyim cildə girə, istədiyim yerə gedə bilirəm. Mən hər yerdə varam, eyni zamanda heç yerdə yoxam, məni təsəvvür etmək olar, amma təsvir etmək olamaz...
-Siz kimsiz, hardan gəlib hara gedirsiz?
-Sizin dillə desək, mən siyasətçiyəm, Yer üzündə insanların səsini almaq, Baş nazir olmaq istəyirəm. Mənim Prezident kürsüsündə, yəni Allahın yerində gözüm yoxdur, yerimi bilirəm. Amma insanların rəğbətini qazanmaq, səsini almaq üçün cilddən cildə girirəm, bütün mümkün, hətta qeyri-mümkün yollardan istifadə edirəm. Siyasət ictimai rəyi ələ almaq və idarə etmək sənətidir, mən də bu sənətin sənətkarıyam. Həmişə olmasa da, bəzən istədiyimə nail oluram, insanlar Allaha inansalar da, mənim arxamca gəlirlər...
-Sizin neçə yaşınız var?
-Maraqlı sualdır... Allah məni mələk kimi yaradıb, amma mən Cənnətdə insanı yoldan çıxartmışam, ona gərə onunla birlikdə Yer üzünə sürgün olunmuşam. Məlum olduğu kimi, Yer üzünə 124 min peyğəmbər gəlib, deməli mən hətta 1-ci peyğəmbərdən də yaşlıyam. Axı, Allah peyğəmbərləri insanlara mənə qarşı mübarizədə kömək, dəstək kimi göndərib. Amma mənə hələ də öz işimdəyəm...
-Axı bu, necə olur, deyirlər Allahın icazəsi olmadan bir yarpaq da düşmür...
-Bəli, amma Allah da insana hər şeyi hazır vermir. Bir dəfə hazır verdi, Cənnətə göndərdi, nəticəsi də məlumdur. Odur ki, Allah insanları bu dünyada sınaqdan, neçə deyərlər “qıl körpü”dən keçirir, bu körpünün qurucusu, sahibi də mənəm. İnsan o dünyada Cənnətə, ya Cəhənnəmə düşmək üçün bu dünyada mənim körpümdən keçməlidir...
Müsahibimin son sözləri özünə də ləzzət edir, gülümsəyir. Pencəyinin cibindən qara bir qutu, qutudan da qara bir siqar çıxarır, damağına qoyub barmağı ilə alışdırır. Mən təəccübümü gizlətmirəm:
-Siz siqaret çəkirsiz?!
-Tütün yarpağından, opium zambağından, üzüm suyundan istifadəni insanlara mən öyrətmişəm. Siqareti, narkotikləri, şərabı mən kəşv etmişəm, yaratmışam...
-Siz yarada bilirsiz?!
-Mən Allah deyiləm, həyat yarada, can verə bilmərəm, amma mənə lazım olan cansız cisimləri yarada və öz məqsədlərim üçün istifadə edə bilirəm. Mən siyasətçiyəm, siyasi məqsədlərimə çatmaq üçün tütün mənim yüngül, şərab orta ağır, narkotik isə ağır silahlarımdır...
-Yaxşı, mən necə bilim ki, siz yalan danışmırsız, axı yalanı da siz yaratmısız?!
-Deyəsən, Allah kitablarını çox oxuyursuz?! Narahat olmayın, bu, ritorik sualdır. Hətta Allah kitablarında mənim haqqımda yazılanlar Allah sözü deyil, insanların əlavəsidir. Bəli, qələm yenə düşmən əlindədir. Təkrar edirəm, Allah istəməsəydi, lazım bilməsəydi, məni yaratmazdı, yaşatmazdı. Mən sizə yalan təklif edirəm, Allah kitab, peyğəmbər göndərir, həqiqət göstərir. Siz yalanı seçirsiz – bu, mənim günahım deyil, sizin günahınızdır.
-Sizin əsas məqsədiniz nədir?
-İnsanları Allah yolundan uzaqlaşdırmaq, öz tərəfimə çəkmək. Axı, mən siyasətçiyəm....
-Sizin əsas düşmənləriniz kimdir?
-İşıqlı, ədalətli adamlar, dünyanın işlərindən baş çıxaran ziyalılar. Onlar mənə işləməyə, siyasi məqsədimi həyata keçirməyə mane olurlar...
-Sizin əsas arzularınız nədir?
-Məşhur olmaq, gündəmdə qalmaq, insanları öz tərəfimə çəkmək, onlara rəhbərlik etmək. Mən dünyanı Allah kimi idarə edə bilməsəm də, insanları Allah kimi idarə etmək istəyirəm. Bəsdir, ya yenə deyim?!
-Siz insanları necə yoldan çıxarırsız?!
-Mən əsas silahlarımı dedim, əsas yollarım isə, yalan və yaltaqlıqdır. Mən yaxşı psixoloqam, insanların zəif və güclü yerlərini bilirəm, seçirəm. Seçdiyim insanlara şərab, ya da pul verirəm. Doğrudur, bunlar insana zibil vermir, amma zibillərini üzə çıxarır. Kimin zibili çoxdur, onlara vəzifə verirəm, irəli çəkirəm. Onlar da şan-şöhrətin, var-dövlətin əsirinə çevrilir, bunları qorumaq üçün müharibələr edir, insanları məhv edir, mənə xidmət edir. Doğrudur, işıqlı adamlar, ziyalılar buna etiraz edir, kasıbları birləşdirmək, hətta mənə qarşı mübarizə etmək istəyir, ədalətli dünya qurmaq istəyir. Amma mən bunun qarşısını alıram, imkan vermirəm. “Qismətdən artıq yemək olmaz”, “dünyanın malı dünyada qalacaq”, “hamı 7 metr ağ aparacaq”, “kəfənin cibləri olmur” və s. kimi mənasız sözlərlə kasıbları aldadıram, ədalətli mübarizədən uzaqlaşdırıram, yalana, yaltaqlığa alışdırıram.
-Sizin yəqin çoxlu köməkçiləriniz var, hər yerə eyni zamanda çata və hər şeyi eyni zamanda edə bilirsiniz?!
-Allah da təkdir, mən də təkəm. Amma mən dedim ki, sizin kimi palçıqdan yaranmamışam, işıqdan yaranmışam. İşıq sürəti ilə hərəkət edə, hər yerə gedə, cilddən cildə girə bilirəm. Həm də mənim vəzifə verdiyim, irəli şəkdiyim insanlar, faktiki olaraq, mənim partiyamın üzvləridir, mənim əvəzimə hər yerə gedir, hər şeyi edirlər. Mən hər şeyə, zir-zibilə əlimi bulamıram.
-Siz çox güclüsünüz, amma kimdənsə qorxursunuz?!
-Bəli mən çox güclüyəm, amma qorxuram, Allahdan qorxuram. Hiss edirəm ki, Allah da mənim işləklərimdən bezir, həm də insanların ah-naləsini eşidir, məni cəzalandırmaq istəyir. Artıq insanlar da bunu hiss ediblər, Qiyamət gününün yaxınlığı, xristianların İsa Məsihin, müsəlmanların İmam Mehdinin qayıdacağı və Yer üzündə mənim hakimiyyətimə son qoyacağı haqqında nağılları buna işarədir. Doğrudur, mən bu nağıllara inanmıram, amma Allahın cəzasından qorxuram.
-Bu, nə vaxt baş verəcək, baş verəcəkmi?!
-Mən bu suala cavab verə, Allahın işinə qarışa bilmərəm. Ancaq onu deyə bilərəm ki, baş verəcək... Mən bunu hiss edirəm... Mənim vaxtım azdır, getmək istəyirəm...
Müsahibim ayağa durur, mən də qalxıram. Mənə mənalı-mənalı baxır...
-Mən sənə nə kömək edə bilərəm?
-Siz mənə kömək edə bilərsiz?!
-Mənim sizin mətbuatda adamlarım çoxdur, sən də tanıyırsan, lazım olanda onların xidmətindən istifadə edirəm. Elə səninlə görüşə də, onlardan birinin qiyafəsində gəlmişəm...
Qalib ARİF
(Ardı olacaq...)
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi