Azərbaycan və Ermənistan prezidentləri görüşəcək - Baş nazir

img

02-08-2014 [23:35]


Ermənistanın baş naziri Ovik Abramyan avqustun 8-də və ya 9-da Rusiyanın Soçi şəhərində Ermənistan prezidenti Serj Sarqsyan və Azərbaycan prezidenti İlham Əliyev arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların aparılması üçün görüşün keçiriləcəyini bəyan edib.

Apa-nın "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə "İnterfaks” məlumat yayıb.   

 

"Prezidentlərin görüşü avqustun 8-i və ya 9-da Soçidə baş tutacaq. Ümid edirik ki, görüşdə çox əhəmiyyətli razılaşma əldə olunacaq”, - deyə, Abramyan qeyd edib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA