Pedaqoji Universitetdə Beynəlxalq Kitab Bağışlama Günü qeyd olunub - FOTOLAR
14-02-2025 [14:18]
Azərbaycan Dövlət Pedaqoji Universitetində Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığıyla 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı tədbir keçirilib.
Mia.az-ın məlumatına görə, tədbirdə ali təhsil ocağının rəhbərliyi, müəllim və tələbə heyəti, Bakı şəhəri Nəsimi rayonu general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbin pedaqoji kollektivi və şagirdləri iştirak edib.
Universitetin Kitabxana-İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənova Azərbaycan Dövlət Pedaqoji Universitetinin, həmçinin Kitabxana - İnformasiya Mərkəzinin tarixi və bu günü haqqında danışıb, 14 Fevral - Beynəlxalq Kitab Bağışlama Günü barədə geniş məlumat verib. Qeyd edib ki, 14 Fevral təqvimdə ən gənc bayramlardan biridir. 2012 -ci ildə təsis olunan bu bayram uşaq kitab saytının təsisçisi Emmi Brodmoorun adı ilə bağlıdır. Beynəlxalq Kitab Bağışlama Günü 2013-cü ildən bir çox ölkələrdə, həmçinin Azərbaycanda qeyd olunur.
Zinharə Həsənova bildirib ki, ADPU-nun Kitabxana - İnformasiya Mərkəzinin təşkilatçılığı ilə bu bayram hər il ənənəvi olaraq müxtəlif məktəblərlə birgə qeyd edilir: “Məqsəd uşaqlarda kitaba sevgi, böyüklərdə bağışlamaq, hədiyyə etmək ovqatını gücləndirməkdir”.
Azərbaycan Dövlət Pedaqoji Universitetin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov təhsilin xalqların taleyindəki rolundan bəhs edib. Rektor müasir dövrün çağırışlarına cavab verən gənc kadrların hazırlanmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, uşaq, yeniyetmə və gənclər arasında oxu vərdişini gücləndirməklə buna nail olmaq mümkündür.
ADPU-nun elmi və innovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov gənclərin bilik və bacarıqlarının artırılmasının əhəmiyyətindən danışıb. Bildirib ki, gənc nəslin milli ruhda yetişməsi, istedadlı gənclərin aşkar edilməsi, onların öz qabiliyyətlərini inkişaf etdirmələri üçün şəraitin yaradılması çox vacibdir.
Kərim Kərimov adına 8 saylı tam orta məktəbin direktoru, tarix üzrə fəsləfə doktoru Aytən Baxşıyeva deyib ki, bu bayramın əsas məqsədi adından da göründüyü kimi kitab bağışlayaraq, gənc nəsillərin mütaliəyə olan həvəsini artırmaqdır. O, belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib.
Tədbirin sonunda uşaqlara kitab hədiyyə olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi