02-08-2014 [18:52]
Qaydadır, düşmən silahlı hücumla bərabər qarşı tərəfi demoralizə etmək
üçün şayiə yaymaqdan da istifadə edir. Bu, bütün savaşlarda olub və bundan
sonra da olacaq. Elə son günlər Ermənistan işğalçı əsgərlərinin mövqelərimizə
hücumları, şəhidlər verməyimiz fonunda da bunu müşahidə edirik. Erməni təbliğat
maşını planlı şəkildə, öz əlimizlə özümüzü demoralizə etmək üçün yarımqafalı
insanlarımızdan ustalıqla istifadə edir. Bu insanların bir qismi hətta özləri
də bilmədən düşmən təbliğatına alət olmaqdadır. İllərdir etdiyimiz çağırışlara
baxmayaraq onlar öz bildiklərini edir, bizdən qat-qat zəif düşmənin üzərimizdə
mənəvi üstünlüyünü təmin etmək üçün dəridən-qabıqdan çıxırlar.
Bir gündə 9 şəhid vermiş, təmas xəttində atışmaların
artdığı bir durumda gərəkdir ki, Azərbaycan ictimai rəyinə təsir imkanları
olanlar hər kəlməni belə yüz dəfə götür-qoy etdikdən sonra dilə gətirsinlər. Hətta
deyərdim ki, cəbhədəki durumla bağlı xəbərləri hər yerindən duran öz anladığı
şəkildə deyil, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təqdim etdiyi kimi
yaymalıdır. Çünki adı atəşkəs olsa da ortada bir müharibə durumu var. Qarşılıqlı
şəkildə atışma gedir. Düşmən əsgərlərimizi şəhid edir. Təbii ki, bizim də
ordumuz boş dayanmır, onlara gərəkli cavabı verir və düşmən nə qədər gizlətməyə
çalışsa da əsgərlərinin məhv edildiyini etiraf etməli olur. Amma bəzi üzdəniraq
"ictimai fəallar” və "jurnalistlər” ciddi cəhdlə sübut etməyə çalışır ki,
Azərbaycan tərəfi itkilərin sayını gizlədir, Ermənistan isə heç bir itki
verməyib, yaxud da çox az sayda itki verib. Özü də bu düşmən dəyirmanına su
tökən "fəallar” "tapıntılarını” sevinclə, bəh-bəhlə təqdim edir, sosial
şəbəkələrdə, əlləri çatan media orqanlarında gen-bol təbliğ edirlər. Sanki
demək istəyirlər ki, "görürsünüz, ermənilər Azərbaycan əsgərlərinin ağzının
payını verir, halal olsun onlara”.
Belə "özfəaliyyət”lə məşğul olanlar arasında həmişəki
adamları görmək bizi təəccübləndirmir, əksinə, onların Azərbaycan dövlətinə
qənim kəsildiyinə bir daha əmin oluruq. Zatən bu adamların işləri-gücləri
gecə-gündüz ölkəmizi gözdən salmaq üçün dəridən-qabıqdan çıxmaqdır. Onlar
ermənilərin təbliğat məqsədilə yaydığı istənilən yalan informasiyanı heç bir
sorğu-sualsız gerçək kimi təbliğ etdikləri halda Azərbaycan tərəfin yaydığı və
təsdiq edilmiş informasiyaları belə zərrəbinlə yoxlayıb nəsə bir qüsur tapmağa
çalışırlar. Tapa bilməyəndə də özlərindən mütləq bir şey uydurub (örnək üçün,
yayılan xəbərin cümlə quruluşuna belə ilişə bilirlər) yenə də erməni
dəyirmanına su tökürlər.
Belələrinin arasında hələ də nəyə görə Azərbaycandan
qaçıb Almaniyada sığınacaq aldığını kəsdirə bilmədiyim Həbib Müntəziri gördüm. Təəccüblənmədim.
Çünki o və aid olduğu çevrənin işi-gücü Azərbaycanı gözdən salmaq olub həmişə. Amma
bu sırada bir zamanlar bəh-bəhlə yuxarı başlarda oturdulan "İrəli” ictimai
birliyinin keçmiş sədri Rauf Mərdiyevi də görmək məni xeyli təəccübləndirdi. Adam
durub-durduğu yerdə ermənilərin kütləvi itki verməsilə bağlı Azərbaycan
mediasında yer almış xəbəri təkzib edir! Ermənistan mediası da bunu edir! Yəni
bu Rauf Mərdiyev və onun kimi neçə-neçə "vətənpərvər fəal” Ermənistan
mediasıyla səs-səsə verib Azərbaycan tərəfdən yayılan xəbərlərin saxta, yalan
olduğunu sübut etməyə çalışır! Bax, buna heyrət etməyə bilmirəm! Bir zamanlar
"Hər kəsin öz fikrini ifadə etmək haqqı var, amma bu həssas məqamda da kiminsə
alətinə çevrilməkdən ehtiyatlanmaq lazımdır” yazan (Qaynaq:
gun.az/Rauf_Merdiyev/60953) Mərdiyev indi özü alət kimi görsənməyə başlayıb. Əcəba, nə baş verir?
Sosial şəbəkələr
bu cür örnəklərlə dolub daşır. Ermənistan mediası isə sadəcə olaraq təmas
xəttində baş verənlərlə bağlı susur, yaxud da öz dövlətinin rəsmi xəbərlərilə
kifayətlənir. Və üstəlik erməni təbliğat maşını Azərbaycanın ta içərilərinə
qədər uzanaraq bu Müntəzir, Mərdiyev tipi adamların vasitəsilə Azərbaycan
ictimai rəyini demoralizə etməyə çalışır. Elə ona görə də ən adi Facebook
statusu yazanlarımıza da səslənmək istərdim: diqqətli olun, nə yazdığınıza
fikir verin. Müharibə elə bir hadisədir ki, burada ən adi, sizin əhəmiyyətsiz
saydığınız bir söz belə düşməni ruhlandıra, öz əsgərlərimizi ruhdan sala bilər.
Düzdür, hazırda Azərbaycan ordusu bu təxribatların qarşısında duruş gətirə
biləcək durumdadır, amma yenə də ölkə ictimai rəyini ruhdan salacaq fikirlərdən
çəkinməliyik. Əks halda, hətta özümüz istəmədən belə düşmənə işləmiş olacağıq.
Mümkündür ki, bəzi şəxslər bu yazılanları oxuyub qımışsın, öz bildiyini etməyə
davam etsin və Azərbaycan tərəfdən yayılan xəbərləri təkzib edib Ermənistan
xəbərlərinin yüzdə yüz doğru olduğunu sübut etsin. O kəslər təbii ki, artıq
təsadüfən deyil, bilərəkdən düşmənə işləyənlərdir ki, məncə, hər kəs onları
diqqətə almalıdır.
Biz informasiya
təbliğatında, xəbər yayımında tək bir ünvana – Azərbaycan Respublikası Müdafiə
Nazirliyinə güvənməliyik. Xəbərlərimiz yalnız və yalnız oradan
qaynaqlanmalıdır. Daha hansısa kənddə yaşayan Fatmanisənin öz Facebook
statusunda özü də anlamadan yazdığını tirajlayıb insanlarımızı aldatmamalıyıq.
Unutmayaq, savaş gedir. Özü də təkcə odlu silahlarla deyil, informasiya savaşı
da. Düşmən bizi demoralizə etmək istəyir, bizi alətə çevirmək istəyir. Buna
imkan verməyək.
Azər HƏSRƏT
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi