Nəciməddin Sadıkov döyüş bölgəsində olan generalı niyə söyüb? - Mudafiə Nazirliyində olay

img

02-08-2014 [13:38]


Hərbi ekspert Üzeyir Cəfərov bu gün Facebook-da maraqlı status paylasıb.

Mia.az həmin satatusu təqdim edir:

"Bu gün daha 4 hərbçimizin itirilməsi xəbəri sözsüz ki, Azərbaycanı düşünən hər bir kəsi çox narahat edir. Dünən cəbhə bölgəsinin ayrı-ayrı istiqamətləri ilə bağlı yaşanan xaos və informasiya boşluğu, ziddiyətli xəbərlər, dezinformasiyalar fonunda bu gün Müdafiə Nazirliyinin bir qədər operativ şəkildə şəhid olan hərbi qulluqçularımızla bağlı verdiyi məlumat, hesab edirəm ki, yaşana biləcək panikanı bir qədər arxa plana keçirdi. Əslində isə, təhlükə hələ sovuşmayıb. Hamı gözəl bilir ki, müharibə təkcə silahlarla deyil, həm də sözlə aparılır. Əbəs yerə deyilmir ki, "güllə yarası sağalır, söz yarası sağalmır". Yəni, adi bir yanlış informasiya minlərlə, bəlkə də yüş minlərlə insan arasında əsl panik vəziyyət yarada bilər və bu xoşagəlməz hal döyüş bölgəsinə də ağır fəsadlarla müşayət oluna bilər. 

Açıq etiraf edək ki, cəmiyyətimiz dünən yaşadığı o informasiya boşluğu içində bir daha sübut etdi ki, biz yalnız sözdə müharibəyə hazırıq. Reallıqda isə, istər rəsmi qurumlar, başda Müdafiə Nazirliyi olmaqla çox çaşqın bir vəziyyətdə olduqlarını bir daha sübut etdilər. Bu hələ əsl müharibə başlamayıb deyə, belə çaşqın vəziyyət ortalığa çıxdı. Əgər sabah real döyüşlər başlasa, bax əsl faciə onda yaşana bilər. 
Dünən yaşananları öz kanallarım vasitəsiylə araşdırmağa başladım. Çünki MN-nin Mətbuat Xidməti, o cümlədən rəsmi dövlət və hökumət strukturları son dərəcə susqun və çaşqın bir vəziyyətdə idilər. Səbəbi isə çox sadə imiş. Yaranmış gərgin vəziyyəti cəmiyyətə doğru və düzgün çatdırmaq məsuliyyətini heç kim üzərinə görütməyə risk eləmirmiş. Ölkənin müdafiə naziri rəsmi icazə ilə bahalı kurortların birində öz yaxın cevrəsi ilə qısa müddətli məzuniyyətdə dincəlir.Ordunun idarə edilməsini Baş Qərargah rəsi (BQR) cənab Nəcməddin Sadıkova tapşırılır. O isə yaranmış gərgin situasiya ilə əlaqədar son dərəcə əsəbi şəkildə ağzında ağır ifadələr, söyüşlər Bərdə korpusunun komandiri, iyunun 26-da general-leytenant rütbəsini almış Nizam Osmanova, faicə yaşanan hərbi hissənin komandirinə çoxsaylı hərbçi ölümü ilə əlaqadar davamlı zənglər edir və vəziyyətin nəzarətdə saxlanılmasını əmr edir. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi və köməkçiləri də, əsəbi vəziyyətdə olan BQR-dən mətbuat cameəsinə və cəmiyyətə hansı şəkildə məlumatın verilməsini soruşmağa qorxması, çəkinməsi belə acınacaqlı vəziyyətin yaranmasına gətirib çıxartdı. Bu sadəcə onlarla hərbi qulluqçumuzun həlak olması və yaralanması ilə bağlı olan vəziyyət idi. Bəs, sabah bütün cəbhə boyu intensiv aktiv döyüş əməliyyatları başlayarsa, vəziyyət necə olacaq? Bizim başbilənlər burada fikirləşənədək,qərar qəbul edənədək, erməni rəsmi və qeyri-rəsmi mənbələri bütün dünyaya istədikləri dezinformasiyaları, bizi ittiham edən "əşyayi-dəlillərlə" dolu informasiyanı yaymağa nail oldular. Eyni çağqın vəziyyəti Prezident Adminstrasiyası, rəsmi və qeyri-rəsmi KİV-i də yaşadılar. Elə dünən şəhidlər ilə bağlı xəbər məlum olandan sonra səhər saatlarında bir çox rəsmi və özəl televiziya kanallarında olan biabırçılıq və özbaşınalıq əndazəyə sığmadı. Tanınmış millət vəkili Qənirə Paşayevanın israrlı müraciətindən sonra, televiziyanın yay yuxusuna getmiş rəhbərləri nəhayət ki, cəbhə bölgəsində yaşanmış ağır faciənin miqyasını anlamağa başladılar. Məgər bunun üçün də, kim(lər)dənsə icazə alınmalı idi? 

Bir sözlə, Qarabağı düşmən tapdağından azad etmək istəyən dövlət və xalq bu şəkildə müharibəyə hazır olmamalı idi. Ən azından belə boşluq və az qala başıpozuqluq qəti şəkildə yolverilməzdir. Bu illər ərzində yetərincə yaşananlardan nəticə çıxarılmalı idi. 2008-ci ilin bu günləri Gürcüstan-Rusiya münaqişəsindən, İraq, Əfqanıstan, Suriya, həmçinin hazırda davam edən faktiki Rusiya-Ukrayna silahlı toqquşması təcrübələri bizə çox şeyi öyrətməli idi. Çox təəssüflər olsun ki, biz belə ekstremal hallarda baş verənlərdə özümüzün necə zəif hazır olmağımıza bir daha əmin olduq. Çox ciddi nəticələr çıxarılmalıdır. İstər hərbi sahədə, istərsə də, digər önəmli hökumət və dövlət strukturlarının fəaliyyətinin müharibə şəraitinin tələblərinə uyğun olmaması ilə bağlı. Ola bilsin ki, qeyd etdiklərim, kimlərəsə adi bir əhəmiyyətsiz hal kimi görünsün. Amma bir qədər ətraflı düşünəndə, bizim dünənki gün hansı xoşagəlməz, əsəbi və hamını vahiməyə salan bir halı yaşadığımızı çoxları hiss etdi.
 
Bizi qarşıda çox ağır sınaqlar gözləyir. Bu çətin vəziyyətlərdən layiqincə çıxmaq üçün biz bir xalq olaraq bir hədəfə vurmalıyıq. Biz erməni kimi qaniçən, şərəfsiz və insanlıq hissindən uzaq olan hansı məkrli düşmənlə üz-üzə qaldığımızı, onu idarə edən iri güclərlə baş-başa gəldiyimizi də unutmamalıyıq.

Allah cəmi Şəhidlərimizə rəhmət eləsin. Bizim dünən də, bu gün də, sabah da Şəhidlərimiz olacaq!!!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA