“Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır
10-02-2025 [16:55]
Sosial layihələri ilə cəmiyyətdə xüsusi dəyər yaradan “Nar” jest dilinin inkişafına yönəlmiş təşəbbüslərinin davamı olaraq, bu ildən etibarən Azərbaycanda jest dili tətbiqinin ərsəyə gəlməsinə öz töhfəsini verir.
Mia.az-ın məlumatına görə, “Nar”ın dəstək göstərdiyi bu layihə çərçivəsində mobil tətbiqin yaradılmasına ADA Universiteti və ADA Universiteti Fondunun təşkilatçılığı, bp və onun tərəfdaşlarının dəstəyi ilə ötən ilin sentyabr ayında start verilib. Bu təşəbbüs inklüzivliyi təşviq edərək eşitmə və nitq məhdudiyyəti olan şəxslərin cəmiyyətin digər üzvləri ilə ünsiyyətini asanlaşdırır və onların tamamilə ödənişsiz və heç bir müəllimə ehtiyac olmadan jest dilini öyrənməsinə imkan yaradır. Mobil tətbiq üçün məzmunun hazırlanması və metodikanın seçilməsi isə “Karlara Dəstək” İctimai Birliyi tərəfindən icra edilir.
Tezliklə istifadəyə verilməsi planlaşdırılan tətbiqdə istifadəçilər jest dilini öyrənmək üçün müxtəlif imkanlardan yararlana biləcəklər. Jest dili tətbiqi dərs bölməsi vasitəsilə mövzular üzrə dərslər seçməyi təmin edəcək. Eyni zamanda, lüğət funksiyası istifadəçilərə jest dilində sözləri asanlıqla tapmağa, əlifba ilə işləmə funksiyası isə hərfləri öyrənməyə imkan yaradacaq. Tətbiqdə istifadəçi profilinin yaradılması, sevimli sözlərin seçilməsi və tədris prosesində irəliləyişin izlənməsi kimi əlavə funksiyalar da mövcud olacaq. Bununla yanaşı, video sürətini artırma, kamera funksiyası vasitəsilə jestləri təkrarlama və dərslərin öyrənilməsi üzrə irəliləyişləri göstərən tərəqqi çubuğu kimi innovativ funksionallıqlar tətbiqin əsas üstünlükləri olacaq.
Qeyd edək ki, “Nar” ölkəmizdə ilk dəfə vahid jestdili.az saytını ərsəyə gətirərək inklüziv cəmiyyətin qurulmasına töhfə verib və bu istiqamətdə dəstəyini jest dili tətbiqinin hazırlanması ilə davam etdirir. Mobil operator eşitmə və nitq məhdudiyyəti olan şəxslərin bilik və bacarıqlarını inkişaf etdirmək üçün uzunmüddətli sosial layihələr həyata keçirir. Məhz bu məqsədlə “Nar” jestdili.az saytını yaradıb, bununla yanaşı, paytaxtda və regionlarda davamlı təşkil olunan “Təlim məktəbi” layihəsini gerçəkləşdirib. Eyni zamanda, jest dilində sözlərin izahını əks etdirən “Səssiz dünyaya körpü” kitabını nəşr edib və “Canlı kitab” təşəbbüsünü həyata keçirib. Jest dili tətbiqinin hazırlanmasına dəstək verməklə isə “Nar” texnologiyanın gücündən istifadə edərək daha inklüziv və bərabər imkanlara malik cəmiyyətin formalaşmasına töhfə verməyə davam edir.
“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərir. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi