“Bəzi fürsətçilər mətbuata yanlış məlumatlar ötürürlər" - Nizami İsgəndərov

img

01-08-2014 [21:32]


"Haqqımda yazılanların heç bir əsası yoxdur. Bundan şübhəsi olan hər kəsin o cümlədən mətbuatın araşdırma haqqı var. Buyursunlar yazılanları yerindəcə araşdırsınlar”.

Bu sözləri bu gün haqqında mətbuatda dərc olunan yazıyla mia.az-a verdiyi açıqlamada keçmiş millət vəkili, iş adamı Nizami İsgəndərov bildirib:

"Bu gün Azərbaycan ən çətin günlərindən birini yaşayır. 9 övladımızı şəhid vermişik. Allah bütün şəhidlərimizə rəhmət etsin, xalqımıza mətin olmağı arzulayıram. Belə bir ağır gündə bəzi fürsətçilər mətbuatı yanlış yerə istiqamətələndirərək gorünür fikirləri ermənilərin üzərindən yayındırmağa çalışırlar. Bu səbəbdən də mətbuatı qınamıram. Onlar öz işlərini görürlər. bəzi fürsətçilər isə təəssüf ki, bundan sui- istifadə edir.

Haqqımda yazılanların heç bir əsası yoxdur. Bundan şübhəsi olan hər kəsin o cümlədən mətbuatın araşdırma haqqı var. Buyursunlar yazılanları yerindəcə araşdırsınlar. Mənim haqqımda məlumat verən şəxsin əlində faktı varsa buyurub ortaya qoysun. İstənilən halda üzləşməyə hazıram. Yazıda sözü gedən ərazidə hər hansı bir tikintinin təsadüfən saytlardan öyrənmişəm. Elə bir tikinki varsa demək ki, bunun sənədləri də var.

Yazıda tək mənimlə bağlı deyil, Sumqayıt şəhər rəhbərliyi və şəhərin ekologiyasilə də bağlı düzgün olmayan məlumatlar verilib. Son illər dövlət başçımız cənab İlham Əliyevin nəzarəti altında ölkənin hər yerində olduğu kimi Sumqayıtda da ciddi islahatlar və abadlıq işləri aparılıb ki, buda göz qabağındadır.

Son olaraq mətbuatı mətbuatı yanlış yerə istiqamətləndirənlərə üzümü tutub deyirəm əlinizi vicdanınıza qoyaraq heç olmasa belə bir gündə vətənimiz üçün canlarını fəda etmiş əziz şəhidlərimizin ruhundan utanın. Hesab edirəm ki, bu gün belə cılız oyunlar oynamaqdansa hamımızın bir borcu var. O da Ali baş komandanımız cənab İlham Əliyevin ətrafında sıx birləşib onun apardığı uğurlu siyasəti dəstəkləməkdir”.

Qeyd edək ki, bu gün mətbuatda iş adamının Sumqayıtda parkı dağıdararaq bina tikdirməsi haqqında məlumat yayılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA