"Rafael Ağayev hazırda Dövlət Gömrük Komitəsinin əməkdaşıdır, lakin..." - "Onun kimi idmançıları incitmək olmaz"
10-02-2025 [13:08]
"Belə idmançıları küsdürmək, incitmək olmaz".
Mia.az xəbər verir ki, bunu Teleqraf-a müsahibəsində veteran sərbəst güləşçi Hacı Əliyev Rafael Ağayevin Azərbaycan Milli Karate Federasiyasının vitse-prezidenti vəzifəsindən istefasına münasibət bildirərkən deyib.
O, titullu idmançı ilə şəxsi və ailəvi dostluğunun olduğunu, lakin işlə bağlı qərarlara qarışmadığını vurğulayıb: "Əlbəttə, istəmərəm ki, onun kimi idmançı belə vəziyyətlə üzləşsin, problem yaşasın, ərizə yazaraq, tutduğu vəzifədən istefa versin, ümumiyyətlə, bu cür hadisə yaşansın. Dostum olsa da, bəzi qərarlarına qarışa bilmərəm, buna ixtiyarım da yoxdur".
3 qat dünya və 4 qat Avropa çempionunun fikrincə, Rafael Ağayev kimi idmançılardan düzgün yararlanmaq lazımdır: "Bu gün hər kəs deyir ki, niyə belə oldu? Mənə elə gəlir ki, hansısa zamanda bu məsələ həllini tapacaq. Rafael karateçi, Hacı güləşçi karyerasını bitiribsə, o demək deyil ki, idmanla tam vidalaşmışıq. Gənc karateçilərin Rafaelə, gənc cüdoçuların Elnura, gənc güləşçilərin Hacıya, Toğrula, Fəridə ehtiyacları var. Sözsüz ki, gənc idmançının yanında olimpiya çempionunun olması ona böyük motivasiya verə bilər. Bu, Rafaelin şəxsi qərarıdır, federasiyada müəyyən problemləri var. İnanıram ki, bunlar da həllini tapacaq. İstəməzdim ki, Rafael və onun kimi digər idmançılar belə xırda problemlərlə üzləşsinlər. Özümdən götürüm, güləşçi karyeramı bitirsəm də, bir çox əcnəbi ölkədən mənə təkliflər var. Məsələn, ABŞ-a seminarlara dəvət ediblər, hətta pul da təklif ediblər. Rafael də fərqli-fərqli ölkələrdə seminarlar keçdiyini paylaşır. Deməli, bu adama ehtiyac var. Ölkəmizdə də bütün idmançılara diqqət və qayğı göstərilir. Nəticə göstərmiş idmançıların demək olar ki, hər biri dövlət işi ilə təmin olunub. Eləcə də, Rafael Ağayev hazırda Dövlət Gömrük Komitəsinin əməkdaşıdır. Bəzi problemlər də gec-tez aradan qalxacaq".
Qeyd edək ki, Rafael Ağayev karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu, Bakı-2015 I Avropa Oyunlarının qalibi, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısıdır.
Mia.az-ın məlumatına görə, Karate Federasiyasınınprezidenti biznesmen deputat Ülvi Quliyevdir.
Xatırladaq ki, Ü.Quliyevin istər özünün, istərsə də oğlunun ölkə və ölkə xaricindəki saysız-hesabsız biznesləri ilə zaman-zaman qalmaqallı məlumatlar yayılıb. Maraqlıdır ki, deputat R.Ağayevin az əvvəl federasiyadan istefa qərarına qurumdakı madi prfoblemlərin olmasına işarə vuran izahat verib. Bu isə cəmiyyətdə birmənalı qarşılanmayəb. Çünki deputatın topdağıtmnaz sərətə sahb olduğu sirr deyil...
Fərid
MİAA.Z
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi