Mansur Yavaş Özgür Özəl və İmamoğlunun planını "daşa dirədi" - "İndi seçki var ki, namizəd müəyyən edək?"
10-02-2025 [11:54]
Ankara Böyükşəhər Bələdiyyə sədri Mansur Yavaş CHP lideri Özgür Özəlin İstanbul bələdiyyı sədri Əkrəm İmamoğlunun təzyiqi ilə partiyanın prezidentliyə namizədinin indidən müəyyən olunmasını nəzərdə tutulan partiyadaxili seçki ilə bağlı əks mövqeyini açıqlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, belə bir seçkiyə "yox" deyib.
Partiyanın ən nüfuzlu namizədi kimi önə çıxan Mansur Yavaş ortada seçki olmadığı halda, buna hazırkı dönəmdə ehtiyac olmadığını deyərək, CHP daxilində keçiriləcək ön seçkiyə qatılmayacağını bəyan edib.
Bələdiyyə sədri bildirib ki, bu qərarını ötən gecə Özgür Özəl və imamoğlu ilə görüşndə onlara deyib.
Türkiyə mətbuatı yazır ki, Yavaşın bu qərarı nəinki partiyada, o cümlədən ölkənin siyasi düşərgəsində "zəlzələ" yaradıb.
Özgür Özəl isə yavaşın açıqlamasında sonra şablon bəyanat verib: "Birlkdəyik, həmişə də birlikdə olacaq və birlkdə qazanacağıq. Türkiyə qazanacaq..."

Xəbərdə o da deyilir ki, haqqında cinayət işi açılan İmamoğlu prezidentliyə namizəd olmaq və bununla həm həbs ehtimalından sığortalanmaq, həm də hazırkı real vəziyyətdən istifadə edərək, Yavaşı indidən oyundan kənarda qoymağa çalışır: "Özgür Özəl isə partiyad daxilində kifayət qədər gücə sahiblənmiş İmamoğluna müqavimət göstərə bilmir..."
Xatırladaq ki, Mansur Yavaş təxminən 10 gün əvvəl də CHP-nin prezidentliyinə yeni namizədinin "ortada toyuq yox, gal yox" ikən niyə indidən namizəd müəyyən etməyə çalışmasını anlamadığını demişdi "Namizədi müəyyən etmək üçün tez olduğunu düşünürəm. Seçki tarixi hələ dəqiq deyil. O vaxta qədər şərtlər dəyişəcək. Elə isə namizəd məsələsi haradan çıxdı?"
CHP-də prezidentliyə namizəd yarışına girib-girməyəcəyi sualına Yavaş belə cavab verib: "Gün ola, harman ola. Qoy hələ seçki tarixi müəyyənləşsin, o gün gələnə qədər kim meydanda qalar, kim qalmaz, şərtlər necə olar, onda baxarıq".
Onu da qeyd edək k, CHP-nin keçmiş lideri Kamal Kılıçdaroğlu da ön seçkiyə qarşı kəskin çıxış edib. Hətta Özgür Özəllə İmamoğlunun açıq siyasi oyun oynamalarına işarə vurub.
Firudun Səfərli
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi