Daha bir şəhidimiz dəfn olundu - VİDEO

img

01-08-2014 [19:57]


Cəbhə xəttində şəhid olan Azərbaycan Ordusunun əsgəri Vüqar Poladov bu gün doğulduğu Tovuz rayonunun Aşağı Öysüzlü kəndində dəfn olunub. 

Dəfn mərasiminə şəhidin doğmaları ilə yanaşı rayon ictimaiyyəti də qatılıb. Vətən uğrunda canından keçən əsgərin ailəsinə dərin hüznlə başsağlığı verilib, səbir dilənib. Şəhid əsgəri ehtiram ənənələrinə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınıb. Tabut üzərindəki üçrəngli Dövlət Bayrağı əbədi xatirə kimi saxlanılması üçün şəhidin atasına təqdim edilib(Axar TV)

Allah rəhmət eləsin!



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA