01-08-2014 [19:26]
Son zamanlar Azərbaycanda baş
verən xoşagəlməz olaylar xaricdə yaşamağımıza baxmayaraq, bizləri də ciddi
şəkildə narahat edir.
Bu sözlər Demokratik Azərbaycan Hərəkatının adından Mia.az göndərilən bəyanat da deyilir. Hərəkatın koordinatoru Fikrət Hüseynlinin yaydığı bəyanatda daha sonra deyilir:
"Xüsusilə qeyd edək ki, dünyada digər dövlətlərin demokratiya sahəsində yeni-yeni irəliləyişlər etməsinin qarşılığında, Azərbaycanda demokratiyanın tam məhv edilməsini müşahidə etmək ağırdır. Bu sırada ictimai xadim, hüquq-müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun həbs edilməsi çox sarsıdıcıdır. Bu, demokratiyaya vurulan bir zərbədir. Çünki Leyla Yunus təkcə sıradan bir hüquq müdafiəçisi deyil, həm də Azərbaycan ictimaiyyətini xarici tədbirlərdə ləyaqətlə təmsil edən bir nümayəndədir. Eyni zamanda 60 yaşında ağır diabet xəstəliyindən əziyyət çəkən bir insanı zorla həbs edərək ağır maddələrlə ittiham etmək, Azərbaycan hakimiyyətinin qisasçılıq məqsədindən xəbər verir. Artıq istər xaricdə, istər daxildə heç kəs şübhə etmir ki, Leyla Yunus məhz Azərbyacan hakimiyyətini açıq tənqid etdiyi üçün həbs edilib. Onunla bağlı hakimiyyət tərəfindən müxtəlif şəxslərin adıyla verilən bəyanatlar da bunu sübut edir. Bütün bu addımlar isə təksə Azərbaycan hakimiyyətinin qisasçılıq mahiyyətini ortaya qoymur, eyni zamanda Azərbaycan dövlətini və xalqını beynəlxalq ictimaiyyət qarşısında nüfuzdan salır. Ölkədə represiyalar gücləndikcə, beynəlxalq ictimaiyyət Qarabağın ermənilər tərəfindən işğalına haqq qazandırır.
Leyla Yunusun həbsindən dərhal sonra Azərbaycan Nəşriyyatının 20 min manat borc məsələsinə görə, "Azadlıq" qəzetinin çapından imtina etməsi isə Azərbaycanda azad medianın tam olaraq məhv edilmək ərəfəsində olduğunu təsdiqləyir. Çünki "Azadlıq" qəzetinin satışdan əldə etdiyi 70 min manat pul "Qasid" firması tərəfindən verilmir.
Hakimiyyətin göstərişilə bir firma qəzetin satışdan əldə edilən pulunu vermir, nəşriyyat isə bu üzdən yaranan borca görə qəzetin çapından imtina edir. Bu prosesin özü açıq şəkildə ortaya qoyur ki, "Azadlıq"ın çapından imtina edilməsi məhz siyasi hakimiyyətin sifarişilə həyata keçirilib. Ölkədə az qala fəaliyyətsiz KİV-lərə belə KİV-ə Dövlət Dəstəyi Fondundan yüz minlərlə manat yardım ayrıldığı halda, "Azadlıq" qəzetinin çapının 20 min manata görəD dayandırılması absurddur. Və bu sifarişin məhz siyasi hakimiyyət tərəfindən verildiyini göstərir.
Bunları qeyd edərək, biz xaricdə yaşayan azərbaycanlılar olaraq, eyni zamanda Azərbaycan hakimiyyətini işğal olunmuş Kəlbəcər rayonunda əsir götürülmüş Dilqəm Əsgərovun, Şahbaz Quliyevin taleyinə biganə yanaşmaq da qınayırıq. Həmçinin öldürülmüş Həsən Həsənovun cənazəsinin alınmaması üçün də heç bir ciddi addım atmamasına təəssüfümüzü bildiririk.
Atəşkəs rejiminin davamlı pozulması nəticəsində son bir gün içərisində 10-dan çox Azərbaycan əsgərinin şəhid olması da bizi dərindən sarsıtdı. Ölkəmizin bu problemlərdən yeganə xilası isə məhz demokratik bir dövlət sisteminin qurulmasıdır. Qarabağın azadlığı da, insan hüquqlarının qorunması da, azad mətbuatın yaşaması da məhz demokratiyadan, ədalətli cəmiyyət quruculuğundan asılıdır. Biz xaricdə yaşayan azərbaycanlılar olaraq, hakimiyyəti repressiv əməllərdən çəkinməyə çağırmaqla yanaşı bildiririk ki, Azərbaycanda demokratik cəmiyyət qurulması üçün lazım olan bütün hüquqi mübarizə formalarından istifadə edəcəyik. Biz Azərbaycandan kənarda olsaq da, Azərbaycan bizdən kənarda deyil. O bizim əzəli və əbədi vətənimizdir. Onu hamılıqla zülmdən və zülmkardan xilas etməliyik".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi