01-08-2014 [13:45]
Bakının Xətai rayonundakı 171 saylı orta məktəbdə (Neapol küçəsi, 8 ünvanda yerləşir) Azərbaycanda indiyədək görünməyən bir hadisənin baş verməsi bütün ölkəni şoka saldı.Yayılan məlumatlarda bildirilirdi ki, həmin məktəbin direktoru İradə Məmmədəli qızı Murğuzova banklardan müəllimlərin və digər işçilərin adına külli miqdarda kredit alaraq mənimsəməkdə, bunun ziyanını isə müəllimlərə ödətdirməkdə günahlandırılır.
Bu barədə mətbuata ilk məlumatı hüquq müdafiəçisi Teymur Rza verdi. O, virtualaz.orq saytına açıqlamasında bildirib ki, məktəb direktoru müəllimlərin adına götürdüyü kreditləri ödəməkdən imtina edir: "Direktor müəllimlərin adına kredit götürməzdən əvvəl onlara vəd edib ki, hər ay banklara şəxsən özü ödəniş edəcək, beləliklə də müəllimlər heç bir maddi ziyana düşməyəcəklər. Buna görə də müəllimlər öz adlarına kredit götürüb həmin məbləği direktora verməyə razılaşıblar. Kredit götürülərkən məktəbin təsərrüfat hissə müdiri də zamin durub. Lakin sonradan İradə Murğuzova banka heç bir ödəniş etməyib və müəllimlərə deyib ki, mən sizə işləmək üçün şərait yaratdığımdan kreditləri özünüz ödəməlisiniz. Nəticədə müəllimlərlə direktor arasında narazılıq yaranıb”.
Teymur Rza həmçinin bildirib ki, banka borcu yaranan müəllimlər bu borcları ödəmək üçün daha çox vaxtları qalsın deyə az dərs saatı götürməklə evdə repetitorluq etməyə, yəni uşaq hazırlaşdırmağa çalışırlar: "Müəllimlərin dediyinə görə, direktor onlara evdə uşaq hazırlaşdırmağı təklif edib. Deyib ki, az dərs saatı götürün, evdə uşaq hazırlaşdırıb pul qazanın, banklara olan borcunuzu bu yolla ödəyin”.
İradə Murquzova isə Azinform.az-a verdiyi açıqlamda bildirdi ki, Teymur Rzanın həyat yoldaşı onun rəhbərlik etdiyi məktəbdə işlədiyi səbəbindən o belə canfəşanlıq edir. Teymur Rza isə öz növbəsində həyat yoldaşının həmin məktəbdə çalışdığını təsdiqləyərək, İradə Murquzovanın əməllərindən zərərçəkənlərdən biri olduğunu deyib.
Sonrakı proseslərdən məlum oldu ki, İradə Murquzovanın əməllərindən bir deyil, bir neçə müəllim narazıdır. Məktəbin müəllimi Mədinə Tağıyeva Milli.Az-a açıqlamasında bildirib ki, İ.Murğuzova təhsil ocağına direktor təyin olunandan sinif rəhbərlərinə pul yığdırır və bütün narazılıqların da mənbəyi budur:
"Direktorun dediyi pulu yığa bilmədim, ona görə də, sinfimi bağlatdı. Uşaqlarımı pərən-pərən saldı. Elə o vaxtdan məndən əl çəkmir. İclarslara getmirəm, mənə töhmət yazıb vurur divara. Uşaqlar da həmin töhmətin şəkilini divardan çəkərək məni və digər töhmət almış müəlimləri şantaj edir. Bütün bu şəkillər uşaqların mobil telefonundadır. Töhmət alan müəlimin uşağa söz deməyə ixtiyarı yoxdur. Şagirdə söz deyən kimi telefonuna çəkdiyini göstərərək şantaj edir ki, sizə töhmət verilib”.
Müəllimin sözlərinə görə, İ.Murğuzovanın ona hiddətinin başqa səbəbi isə müəlimlərin adına banklardan götrüdüyü külli miqdarda kredit məsələsi ilə bağlıdır: "Bütün müəlimlər kredit götürüb ona verib. Krediti ödəmədiyindən müəlimlər uşaqlardan pul yığıb kreditə ödəyir. Mən kredit götürmədiyimdən belə edir. Direktor deyir ki, arxamda da duran var, qabağımda da. Nazirlikdə bir neçə adamın adını çəkir. Tələbim odur ki, töhmət yazdırıb uşaqları üstümə qaldırmasın. Yanvardan bu yana 5 töhmət verib mənə. İlboyu dərsə gəlməyən uşağa qiymət yazdırmağı tələb edir. Uşaq üçün pul təklif edir, mən də rədd edirəm”.
Direktor İradə Murğuzova isə onun barəsində işçisinin dediklərinə çox sərt reaksiya verdi, hətta onu təhqir etməkdən belə çəkinmədi:
"Ay əclaf, ay əclaf qadın… Mədinə məktəbimdə ən savadısız müəlimdi. Onu məktəbdə 7 ildir necə yola verirəm, bunu bir Allah bilir. Onun kimi vicdansız bazar arvadı yoxdur”, — deyə söhbətə başlayan direktor Milli.Az-a onun haqda şikayətlər edən M.Tağızadənin müəllim adına ləkə gətirən olduğunu bildirdi.
İ.Murquzovanın sözlərinə görə, düşmənləri çoxdur və ömrü boyu onun kreslosunda gözü olanlar var: "Məmnuniyyətlə, buradan rədd olub gedərəm, amma Mədinəyə görə getməyəcəm. Özümü min kişidən üstün sayıram, qaçan kişilərdən deyiləm. Bir Mədinənin xarici görkəminə baxın, görün elə müəllim olar? Uşaqları zəifdir, özu tərbiyəsizdir”.
Bu təhqirlərə dözə bilməyən Mədinə Tağıyeva həmin təhsil müəssisəsinin direktoru İradə Murğuzovanı məhkəməyə vermək qərarına gəldi.
Bu barədə virtualaz.org saytına hüquq müdafiəçisi Teymur Rza məlumat verib.
Hüquq müdafiəçisinin sözlərinə görə, M.Tağıyeva məktəb direktorunun Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cəzalandırılmasını tələb edir: "Çünki direktor İradə Murğuzova mətbuatda Mədinə Tağıyeva haqqında təhqiramiz ifadələr işlətməklə onun şərəf və ləyaqətini təhqir edib. Mədinə Tağıyeva da direktorun buna görə qanunlar qarşısında cavab verməsini istəyir. Mədinə Tağıyeva bununla bağlı iddia ərizəsini bu gün artıq Xətai Rayon Məhkəməsinə təqdim edib”.
Teymur Rza verdiyi açıqlamda bildirib ki, sən demə banklardan krediti götürmək üçün ona bir nəfər vəzifəli şəxs tərəfindən köməklik edilib.
Hüquq müdafiəçisi müəllimlərə saxta arayışın Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mərkəzləşdirilmiş hesabatlığının Suraxanı-Xətai rayonları üzrə xidmət bölməsinin rəhbəri Əliş Hüseynov tərəfindən verildiyini bildirib. Maraqlıdır ki, təqdim olunan arayışda müəllimələrin 171 saylı orta məktəbdə deyil, 171 saylı uşaq bağçasında işlədikləri qeyd olunub. Bundan əlavə, müəllimələrin maaşları şişirdilərək 292 manat 25 qəpik göstərilib.
Teymur Rzanın sözlərinə görə, belə saxta arayışlar müəllimələrə məktəbin əməkdaşları kimi bir bankdan, bağça müəlliməsi kimi digər bankdan kredit ala bilmələri üçün verilib.
Azinform.az olaraq bu məsələyə də aydınlıq gətirmək üçün məktəbin direktoru İradə Murquzova ilə əlaqə saxlayıb. Direktor məsələyə aydınlıq gətirmək əvəzinə saxta arayışlara imza atan Əliş müəllimin qüdrətindən danışıb : "Siz bilirsiniz o kimdir? Əliş müəllim spiker Oqtay Əsədovun xalası oğludur. Görün ,o, nə edəcək?”
Əliş Hüseynov isə Azinform.az-a açıqlamasında bildirib ki, onun barəsində saxta arayış verməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: «Biz 12 min nəfərə xidmət göstəririk. Gün ərzində 1500-2000 arası arayış veririk. Burada texniki səhvin də olması mümkündür. Deyilən məsələni mən araşdırdım. Təqdim etdiyimiz arayışda müəllimlərin adı, onların aldıqları əmək haqqının məbləği düz göstərilib. Sadəcə, 171 saylı məktəbin əvəzinə texniki səhv kimi baxça sözü yazılıb. Siz araşdırsanız görərsiniz ki, bizim xidmət göstərdiyiumiz ərazidə heç 171 saylı baxça yoxdur. Mən təəssüf edirəm ki, adımı özümə heç bir aidiyəti olmayan qalmaqalda çəkirlər. Yəqin ki, mən bu böhtanlarla bağlı lazımi instansiyalara müraciət edəcəm və barəmdə bu şayiəni yayan Teymur Rza ilə Mədinə Tağıyevanın cəzalandırılmasını istəyəcəm».
Əliş müəllimin bu açıqlaması ilə razılaşmayan Teymur Rza Azinform.az saytına açıqlamasında bildirdi ki, böyük bir dövlət müəssisəsinə rəhbərlik edən bir şəxsin özünə arxayın tərzdə bu cür açıqlama verməsi onda təəccüb doğurur:”Bu adam imza atıb, möhür vurduğu bütün sənədlərə görə məsuliyyət daşıyır. Deyir ki, blanklar səhv düşüb. Absurd arqumentdir. Çünki araşdırsanız görərsiniz ki, birincisi, bu adamın xidmət göstərdiyi ərazidə, yəni Xətai və Süraxanı rayonlarında 171 saylı baxça ümumiyyətlə olmayıb. Bu baxımdan da, elə bir blank Əliş müəllimin idarəsində ola bilməz. İkincisi isə, artıq 2 ildir ki, bağçalar Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilib. Onda belə çıxır ki, Əliş müəllim Hacıbala Abutalıbovun səlahiyyətinə aid olan məsələlərə imza atır? Mən sizə həmin arayışların sürətini göndərirəm. Baxın, görün, bu qədər də səhv olar?”
Göründüyü kimi , ortada olduqca ciddi itihamlar var. Ən maraqlısı isə budur ki, bütün bu ittihamların tərkibində cinayət məsuliyyətinə səbəb ola biləcək kifayət qədər dəlillər var.
Ancaq nədənsə, hüquq-mühafizə orqanları məsələyə müdaxilə etmək istəmir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi direktorla bağlı şikayətlərin araşdırılacağını, araşdırmaların nəticələrinin isə ictimaiyyətə açıqlanacağını vəd edib. 171 saylı məktəbdə baş verən hadisələrlə bağlı hüquq-mühafizə orqanlarının cinayət təqibinə başlaması üçün əsas varmı?
Tanınmış hüquqşunas Mehman MuradlıAzinform.az-a açıqlamsında bildirdi ki, o, bu prosesləri yaxından izləyir. Müsahibimizin sözlərinə görə, mətbuatda, saytlarda 171 saylı məktəbdə baş verənlər barədə gedən informasiyalar cinayət işinin başlanması və bəzi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas sayıla bilər: "Bunun üçün məxsusi şikayət verməyə ehtiyac duyulmur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 46.2-ci maddəsində göstərilir ki, Cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya kütləvi informasiya vasitəsinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər. Bu maddənin izahından anlamaq olur ki, mətbuatda gedən informasiya ilə bağlı prokurorluq araşdırmaya başlaya bilər. Əlbətdə ki, əgər bir yox, bir neçə şikayətçi varsa bu məsələ araşdırılmalıdır və mütləq hüquqi qiyməti verilməlidir”.
Bu arada "Gündəlik Bakı” qəzeti İradə Murquzovanın güclü himayəçilərinin olması barədə məlumat yayıb. Həmin sitatı təqdim edirik:
” Görünür, təhsil naziri Mikayıl Cabbarov müəllimlərin adına bankdan kredit götürən direktoru cəzalandırmaq fikrində deyil. Bu məsələ nazirin marağında olsaydı, söhbət ortaya çıxan kimi İradə Murquzovanın barəsində ölçü götürərdi. Ümumiyyətlə, məktəb rəhbərinin özünə arxayın olması və tabeliyində olan müəllimlər haqqında çəkinmədən təhqir dolu fikirlər səsləndirməsi diqqətimizi çəkdi və bəzi araşdırmalar apardıq. Qısa araşdırmalardan sonra öyrəndik ki, 171 saylı orta məktəbin direktoru Bakı Apellyasiya Məhkəməsinin hakimi, adı çox vaxt xoşagəlməz olaylarda çəkilən İlqar Murquzovla qohumluq əlaqələrinə malikdir: «İradə Murquzova əksər hallarda hakim qohumuna güvənərək addım atır. Onun bu günə kimi direktor vəzifəsində çalışmasında Bakı Apellyasiya Məhkəməsinin hakiminin böyük rolu olub. Məhz İlqar Murquzova arxayın olan direktor müxtəlif qanun pozuntularına zəmin yaradıb. 171 saylı orta məktəbdə təhsilin səviyyəsi olduqca aşağıdır. Məktəbdə normal tədris təşkil olunmadığından şagirdlər ali məktəblərə repititor yanında hazırlaşırlar. 10 və 11-ci siniflərdə təhsil alan şagirdlərin bir çoxu direktora «şirinlik» verib dərs prosesindən yayınırlar. Həmçinin məktəb rəhbəri hər ay müxtəlif bəhanələr gətirərək müəllimlərdən nəysə alır».
Azinform.az məktəb ətrafinda yaşananlarla bağlı Təhsil Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən bizə bildirdilər ki, bu məsələ birbaşa rəhbərliyin nəzarətindədir. Lazımi tədbirlər görüləcək.
Mövzuya qayıdacayıq…
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi