01-08-2014 [13:30]
Göygöl rayon Mədəniyyət işçilərinin həğkarlar komitəsinin sədr müavini G.İmanova tərəfindən Mia.az-a yeni bir müraciət göndərilib.
Xanım İmanova 25 iyul
2014-cü ildə Göygöl
rayon Mədəniyyət və Turizm şöbəsinin kollektivinin həmin şöbədə yaxın günlərə qədər məsləhətçi işləmiş Şahin Məmmədovun şikayətlərinə münasibətlərini əks etdirib.
Qeyd edək ki, eyni məzmunlu məktub idarə rəhbərliyi tərəfindən də Mia.az-a 28 iyulda göndərilib və "Göygöldə 120 nəfər 1 nəfərə qarşı – Mədəniyyət və Turizm Şöbəsindən məktub" başlığı ilə saytda verilib.
Beləliklə, G.İmanovanın məktubu ilə tanış olun:
Mia.az bu müraciəti də təqdim edir:
«Biz, Göygöl rayon Mədəniyyət və Turizm
şöbəsinin bütün kollektivi Sizə müraciət edərək bildiririk:
2011-ci ildən bizim şöbədə məsləhətçi
vəzifəsində işləyən Şahin Məmmədov əslinədə ziyalı adından uzaq , kitabları
əzbərləyərək "ali təhsil” almış robortdan başqa bir şey deyildir. Kollektivdə
qalmaqal, narazılıq salmaqla işçiləri, xüsusən qadınları təhqir etməklə işini bitmiş hesab edirdi. O,
özündən razı, eqoist biri olmaqla, vəzifə səlahiyyətlərini aşaraq, işçilərə
qışqıraraq "mənim buna səlahiyyətim çatır” deyirdi. Əmək funksiyalarını
yerinə yetirmir, icra intizamına riayət etmir, etik davranış qaydalarını
kobudcasına pozur, Azərbaycan Respublikası Prezidentinə və müxtəlif dövlət orqanlarına şöbənin
fəaliyyəti haqqında böhtan
xarakterli ərizələr yazmaqla, Mədəniyyət və Turizm Nazirliyinin və Göygöl rayon Mədəniyyət və Turizm
şöbəsinin nüfuzuna mənfi
təsir göstərirdi.
Bütün kollektiv onun doğru yolda olmadığını başa
salmağa çalışsa da, onu düz yola çəksə də, Şahin Məmmədov öz yolundan dönmədi.
Nəhayət, kollektiv onun işdən azad edilməsi haqqında cənab Nazirə müraciət
etdi.
Hörmətli media nümayəndələri! Sizə müraciət edirik: belə bir xarakterə malik adamın boş yalanlarına inanmamağınızı xahiş edirik . Siz hər halda bir nəfərə deyil, kollektivə inanarsınız».
****
Bu gün Şahin Məmmədov da Mia.az-a daha bir məktub ünvanlayıb. Onun da mövqeyini yaymaqla, rəyi oxucuların öhdəsinə buraxırıq.
"Hörmətli redaksiya, Sizə ünvanladığım məktubu işıqlandırdığınız üçün təşəkkür edirəm.
Mən Məmmədov Şahin Şakir oğlu 04.11.1984-cü ildə Göygöl rayon Üçtəpə kəndində anadan olmuşam. Hal-hazırda da həmin ünvanda yaşayıram. Atam birinci qrup əlildir. Ali təhsilimi fərqlənmə diplomu ilə başa vurmuşam. Hərbi xidmətdə ön xəttdə zabit kimi qulluq etmişəm. 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. 06 oktyabr 2011-ci il tarixdən Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində məsləhətçi vəzifəsində işləyirəm. Həmin vəzifəyə DQMK-nın təşkil etdiyi imtahanın müsabiqə və müsahibə mərhələlərini kəçərək qəbul edilmişəm.
Sizə ünvanladığım Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri xanım Hümbətovanın korrupsiya əmələri ilə bağlı məktubu işıqlandırdığınızdan sonra bu gün 31.07.2014-cü il tarixdə saat 19:30 radələrində Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri xanım Ş.Q.Hümbətova və Göygöl Şəhər İnzibati Dairəsi üzrə İcra Nümayəndəliyinin baş mühasibi, ƏDİRƏF MMC nin sahibi Fəridə Allahverdiyeva yanıma gələrək ailə üzvlərimin yanında məni təhdid etməyə başladılar. Belə ki, xanım Hümbətova "sənin başına oyun açdıracam, sən hələ bilmirsən kiminlə münaqişəyə girmisən, həyat yoldaşım və oğlanlarım səni "başa salacaq". Səni məhkəməyə verəcəm. Bir daha mənim əməllərimlə bağlı harasa müraciət etsən sənin üçün axırı pis olacaq. Məhkəmədə bütün işçiləri sənin üzünə qoyacam, səni tutduracam” deyərək təhdid etdi. Daha sonra "bütün bunları sən özün etdin, mən də səni işdən azad etdirdim. Vaxtında sözə qulaq asıb dediyim sənədləri imzalasaydın belə olmazdı. Sənə nə var mən inventar avadanlıqların, dəftərxana ləvazimatlarının qiymətini necə yazıram? Sənə qalıb korrupsiya ilə mübarizə aparmaq?” kimi sözlər işlədərək məni ailə üzvlərimin yanında pis duruma saldı.
Bütün bu təhdidlərə cavab olaraq qeyd etmək istəyirəm ki, mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin korrupsiyaya qarşı apardığı məqsədyönlü və qətiyyətli addımları görüb dərk etmişəm. Bu mübarizənin uğurla yekunlaşacağından da əminəm. Xanım Hümbətova kimi birisi üçün mənim kimi bir gəncin həyatını ləkələmək, onu bütün dövlət orqanlarında işləmək imkanından məhrum etmək adi bir haldır. Xanım Hümbətova təşviş içərisindədir. Çünki bilir ki, artıq etdiyi qanunsuz əməllər üzə çıxacaq. Çünki bilir ki, 2013-cü ilin iyun ayının 2-də mənə imzalamam üçün verdiyi və mənim imzalamadığım aktlara Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən gəlib baxsalar, xanım Hümbətova nəinki işindən azad olunacaq, həm də heç yerdə işləməyən həyat yoldaşına aldığı 25000 manatlıq "Hunday” avtomobili, övladlarına tikdirdiyi villalar barədə ondan hesab sorulacaq.
Xanım Hümbətova məni SAHİBSİZ bilir, ona görə məni təhdid etmə cürəti tapır və məni ailə üzvlərimin yanında təhdid edə bilir. Amma yanılır, mən SAHİBSİZ deyiləm. Mənim günü-gündən inkişaf edən, bütün vətəndaşlarına hər cür imkanlar yaradan, hüquqlarını qoruyan dövlətim var.
Xanım
Hümbətova təşviş içərisindədir. Çünki bilir ki, axır əvvəl ifşa olunacaq,
tutduğu qanunsuz əməllərinə görə qanun qarşısında cavab verməli olacaq. Mən
xanım Hümbətovanın təhdidlərindən çəkinmirəm, çünki dövlətimə, onun
Prezidentinə bütün varlığımla inanıram. Xanım Hümbətova, Siz məni tutduğum düz yoldan çəkindirə
bilmərsiniz!".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi