Üç şəhidimizin adı açıqlandı

img

01-08-2014 [13:06]


İylun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qruplarının hücumu zamanı şəhid olan Azərbaycan əsgərlərindən üçünün adı məlum olub.


Tərtər rayonun Qapanlı kənd sakinlərinin ANS-ə verdiyi məlumata görə görə, dünyasını dəyişən əsgərlərimizdən ikisi Vüqar Poladov və Elnur İbrahimovdur. Sakinlərin sözlərinə görə, onların hər ikisi müddətli hərbi xidmət qulluqçususdur.

Publika.az xəbər verir ki, şəhidlərimizdən biri Salyan rayon Seyidsadıqlı kənd sakini Məmmədov Səftər Əlihüseyn oğludur. Onun valideynlərinə oğullarının şəhid olması barədə məlumat verilib.
 
Məlumatlara görə,  ermənilərin atəşkəsi pozması nəticəsində 11 hərbçimiz şəhid olub, 1 mülki şəxs yaralanıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA