Nizami rayonunda analoqu olmayan tikllilər... - Onlar necə peyda olub? (FOTOLAR)
03-02-2025 [00:13]
Paytaxtın Nizami rayonunda sürətlə çoxalan qanunsuz tikintilər tez-tez medianın gündəminə gəlir.
Mia.az xəbər verir ki, rayon sakinləri qanunsuz tikintilərin artıq səkiləri belə zəbt etməsinə etiraz etməyə başlayıblar.
Onlar iddia edir ki, rayonda qanunsuz tikintilər keçmiş icra başçısı Arif Qasımovun dövründə genişlənib: "Lakin xələfi Coşqun Cəbrayılovun dövründə bu qanunsuzluqla pik hədd çatıb. Artıq Qara Qarayevdən ta Xalqalar Dostluğuna qədər uzanan massiv boyu o gözəl şam ağacları yoxa çıxıb, yerində elə sabiq və indiki icra başçılarına, deputatlardan birinə və başqa vəzifə sahiblərinə məxsus yüzlərlə tiklilər peyda olub. Dəhşətli hallardan biri də budur ki, artıq tiklilərin çoxu hətta magistral yola bitişikdir, səkilər yoxa çıxıb. Nəticədə piyadaların hərəkəti də məhdudlaşdırılıb".
Mia.az-a fotolar da göndərən sakinlər deyir ki, bu məsələdə icra başçısının əsas "adamı" Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Firdovsi Cəbrayılov və daha bir neçə nəfərdir: "Bu adamlar Kamil Balakişiyev küçəsini artıq elə günə qoyublar ki, dünyada belə analoqlu qanunsuzluq ola bilməz. Çox istərdik ki, elə bu və digər küçələrdəki bir gecədə tikilən bütün tikintilərin sənədləri və normativlərə uyğunluğu yoxlanılsın.
Onda görəcəksiniz ki, bu qanunsuz tikililər yaşayış binalarına çox yaxın məsafədə, sakinlərin istirahət zonasında, gediş-gəliş yollarında, hətta olan-qalan bir neçə ağacın məhvinə hesablanmış formada tikilib. Maraqlıdır, bu boyda həngaməni Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi də görmür? Yoxsa onlara da "haqqı"nı verib "ədaləti" satın alırlar?
Yaxud Nizami rayonu Elşən Süleymanov küçəsinə baxın. Sizə göndərdiyimiz fotoda hazırda tikilməkdə olan dəmir konstruksiyalı obyektin maketinə baxın. Bunların sənədləri doğrudan varmı? Bu tikinti normativə və ərazinin planlanmasına uyğundur? Bunları Bakının icra başçısı Eldar Əzizov da görmür? Bəlkə onun rayon üzrə kuratoru da belə qanunsuzluqla şərikdir? Şərik olmasa, yəqin ki, Eldar Əzizova məruzə edərdi, deyilmi? Yaxşı olar ki, tək Eldar Əzizov deyil, DTX da Coşqun Cəbrayılov və onun yaxın ətrafının tikinti biznesini diqqətdə saxlasınlar..."
Sakinlər bir neçə gün əvvə dövlət başçısının Balı və ətraf ərazilərin inşikafı ilə baş planın qəbulu ərəfəsində Nizami İcra Hakimiyyətinin bu özbaşınalıqlarını anlaya bilmədikərini deyir: "Bu, cənəb Prezidentə meydan oxumaqdırmı?".
Samir Musayev
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi