31-07-2014 [22:38]
"Yeni Müsavat”da kiçik bir yazı gördüm, oxudum və düşündüm ki, cavab kimi olmasa da, olaya aydınlıq gətirəcək bir mövqe bildirim.
N.Asifli imzası altında "Günün fotosu: abidənin beləsi...” (http://goo.gl/T13dbb) başlıqlı yazıda Xaçmazdakı sancaq abidəsi haqqında fikir bildirilir. Şəkildə gördüyünüz sancaqdan söhbət gedir. Diqqət çəkəndir və elə YM yazarı da bunu qeyd edir. Üstəlik, dünyada gülməli, diqqət çəkən abidələrin qoyulmasından da danışır. Yazar qeyd edir ki, bu sancaq abidəsini YM əməkdaşlarından biri çəkib. Yoldan keçərkən diqqətini cəlb edib, o da şəklini çəkərək internetdə yayınlayıb. Fikir verirsinizmi, adi bir sancaq abidəsi Xaçmaz şəhəri ətrafında nə qədər təbliğata səbəb olub?
Deməli, bu abidənin dərin fəlsəfi mənası olmasa da (bəlkə də var, biz bilmirik – A.H.), özəlliklə turistlərin diqqətini cəlb etməsi baxımından əhəmiyyəti yox deyil.
YM-dakı həmkarlarımın bu fikir gəzişmələrilə işimiz yox. Sadəcə son cümlələr mənim kimi bir Xaçmazlının buna reaksiya verməsinə bəs edir.
Yazıda deyilir: "Bəlkə də bu üsullarla Xaçmaz rəhbərliyi özlərini rayona gələn turistlərə kreativ düşüncəli məmurlar kimi göstərmək istəyiblər. Amma demək lazımdır ki, bu layihə alınmayıb. Başqa şey fikirləşin! Abidəsi qoyulması vacib olan şəxsiyyətlərimiz də var, milli sərvətlərimiz də”.
Elə bu başdan deyim ki, əgər YM kimi ölkənin ən tirajlı və tanınan qəzetində bu abidə haqqında hətta tənqidi fikirlər belə yer alıbsa, deməli, layihə alınıb. Bu, öz yerində.
Abidəsi qoyulması vacib olan şəxsiyyət və milli sərvətlərimizə gəlincə, görünür, yazarın Xaçmaz haqqında bilgiləri çox zəifdir. Elə olmasaydı, bu cümləyə yer verməzdi. Məsələ ondadır ki, Xaçmazın abidələri təkcə şəkildəki sancaqdan ibarət deyil. Xaçmazda Azərbaycanın heç bir şəhərində (hətta paytaxt Bakıda belə) olmadığı qədər tarixi şəxsiyyət və milli sərvətlərimizin abidəsi var. Bunun belə olduğunu görmək üçün sadəcə bir dəfə oraya getmək lazımdır. Yaxud da oraya gedib şəkil çəkib paylaşma həvəsi olanlara demək lazımdır ki, təkcə sancağı deyil, aşağıda sadalayacağım abidələri də göstərmək olardı.
Xaçmaz şəhərində Koroğlunun abidəsi var. Elə həmin sancağın olduğu, adı da "Çənlibel” olan parkda. Özü də bu park düz Bakı prospektində yerləşməklə Xaçmazın girişi haqqında gözəl təəssürat oyadır. Üstəlik, eyni parkda xeyli sayda başqa milli abidələrə də rast gəlmək olar.
Xaçmazın Xudata doğru çıxışında isə Babəkin, Cavanşirin, Şah İsmayıl Xətainin at belində abidələri gələn-gedəni salamlayır. Hələ mən milli rəmzlərimizdən olan buta abidələrini demirəm.
Ümumiyyətlə isə, Bakı prospekti milli sərvətlərimizi özündə əks etdirən abidələr və görüntülərlə o qədər zəngindir ki, insan baxdıqca baxmaq istəyir.
Bütün bunlardan əlavə Xaçmazın tam da içində Azərbaycanın (bəlkə də dünyanın) heç bir yerində olmayan "Şəxsiyyətlər muzeyi” var. Bu, açıq hava altında möhtəşəm bir mənzərədir ki, Xaçmaza gələn hər kəsə ziyarətini tövsiyə edərdim. Bu açıq hava muzeyində Azərbaycan tarixinin, ədəbiyyat və incəsənətinin görkəmli nümayəndələrindən kimləri görməzsiniz?
Xalqın doğrudan sevimlisi olmuş və ölümündən sonra da olmağa davam edən Bəşir Səfəroğlu, Nəsibə Zeynalova kimi nəhəng sənət adamlarından tutmuş Nizami, Nəsimi, Səməd Vurğun kimi ədəbiyyat nəhənglərinin abidə-büstləri bu muzeydə yer alır. Qurban Pirimov, Xan Şuşinski, Habil Əliyev, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Bülbül, Hacıbaba Bağırov, Əliağa Ağayev, Lütfəli Abdullayev, Niyazı, Qara Qarayev və adını çəkmədiyim neçə-neçə sənət və ədəbiyyat nəhəngi də burdadır. Bunların yanısıra bir də saz, kamança, tar, qaval, ud kimi milli musiqi alətlərimiz də gerçək şəkildə həmin muzeydə şüşə içində nümayiş etdirilir. Yəni bütün bunları bir yazıda qeyd etmək belə imkansız olduğu üçün jurnalistlərimizi Xaçmaza təşrif buyurub görməyə dəvət edərdim.
Onu da qeyd edim ki, şəhərin başqa bir səmtində Hacı Zeynalabdin Tağıyevin abidəsi də yer alır. İcra hakimiyyətinin binası önündə isə çox gözəl vəhşi təbiət mənzərələrini özündə ehtiva edən təbiət parkı salınıb. Burada isə müxtəlif heyvan və quşların heykəlləri göz oxşayır. Yəni demək istədiyim odur ki, Xaçmaz təkcə qeyri-adi görünən sancaq abidəsilə diqqət çəkmir.
Burada diqqət çəkə biləcək gözəlliklər yetərincə və hətta yetərindən də artıqdır.
Və sonda onu da qeyd edim ki, bu yaxınlarda Dağıstandan Azərbaycana gəlib getmiş bir Facebook dostum, qumuq tarixçisi öz divarında yazırdı ki, "hələ Bakını demirəm, Azərbaycanın əyalət şəhəri olan Xaçmaz belə o qədər inkişaf etmiş və gözəl görünür ki, bizim Mahacqala onun yanında əyalət şəhərinə bənzəyir”.
Məncə, Xaçmazda, elə Azərbaycanın başqa bölgələrində gözlə görülə bilən inkişafa, yeniliklərə bundan yaxşı qiymət vermək olmazdı.
Və lap sonda bütün bu gözəlliklərin səbəbkarı, Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayevin də adını çəkmək istərdim. Məhz onun başçı vəzifəsinə gəlməsindən sonra baş verir bunlar. Xaçmaz öz milli koloritinə qovuşur, iddialı bir Azərbaycan şəhərinə çevrilir, üstəlik də günü-gündən gözəlləşir. Əlbəttə ki, buna görə hörmətli başçıya bir Xaçmazlı olaraq təşəkkürü özümə borc bilirəm. Və təkrar həmkarlarımı Xaçmazı görməyə dəvət edirəm.
Sözardı: Çox istərdim ki, bu yazımı YM da dərc etsin. Hər halda, oxuculara müxtəlif rəylər təqdim etmək baxımından faydalı olacağını düşünürəm.
Xaçmazla bağlı şəkilli yazımı isə burdan oxuya bilərsiniz: Xaçmazlıların da hamısı Qarabağlıdır! (www.azerhasret.com/?p=1317)
Azər Həsrət,
Yedi Devlet - Bri Millet Konseyi Başkanı
Yalquzaq gazetesi sahibi
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi