"Guya universiteti 301 min manata satmışam, reallıqda isə..." - Keçmiş rektor Vasif Talıbovu mülkünü ələ keçirməkdə ittiham edir
31-01-2025 [17:16]
“Naxçıvan” Universitetinin təsisçisi və keçmiş rektoru İsmayıl Əliyevin sözlərinə görə, Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sabiq sədri Vasif Talıbov yaratdığı və rəhbərlik etdiyi təhsil ocağını zorla əlindən alıb.
Mia.az bildirir ki, o, bu barədə Azadlıq Radiosuna müsahibəsində deyib.
Sabiq rektor bildirib ki, hədə-qorxulardan sonra məcbur qalıb universitetdəki 100 faiz təsis payını V.Talıbovun kiçik oğlu Seymur Talıbova 301 min manata satması barədə müqaviləyə imza atıb: “2013-cü ilin fevralı idi, məni Ali Məclisin binasına çağırdılar. Bir sənəd verdilər ki, imzalamalısan. Heç bir notarius-filan da yox idi. Notarius sonradan qanunsuz şəkildə onu təsdiqləyib. Guya universiteti 301 min manata satmışam. Reallıqda isə 1 qəpik də pul verilməyib”.
İ.Əliyev deyir ki, bu universitetədək Naxçıvan Dövlət Universitetində dərs deyib və elmi fəaliyyətlə məşğul olub. Hazırda da bu fəaliyyətini davam etdirir.
Vaxtilə V.Talıbovun da müəllimi olduğunu yada salan İ.Əliyevin sözlərinə görə, sonradan keçmiş tələbəsi əmlakını zorla əlindən aldığından qorxaraq heç yerə şikayət edə bilməyib: “Universiteti alanda mənə deyildi ki, onun yerləşdiyi 1.5 hektardan artıq torpağın dəyəri qiymətləndirilib, pulu veriləcək. Çünki mülkiyyət hüququ ilə mənə məxsusdur. Onu da vermədilər”.
İ.Əliyev deyir ki, universitet S.Talıbovun mülkiyyətinə keçsə də, onu rektor kimi saxlamağa razılıq veriblər. O, 2019-cu ilədək rektor vəzifəsində qala bilib.
2019-cu il dekabrın 5-də V.Talıbovun sərəncamı ilə Nurlana Əliyeva “Naxçıvan” Universitetinə rektor təyin edilib. 1977-ci il təvəllüdlü N.Əliyeva 2001-ci ildən bu universitetdə müəllim çalışıb.
2022-ci il dekabrın 21-də V.Talıbov Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsindən azad ediləndən bir həftə sonra “Naxçıvan” Universitetinin təsis payları Talıbovlardan da alınıb. 29 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, universitetin təsisçilik hüquqları S.Talıbovdan Hüseyn Məmmədov adlı şəxsə keçib. Təsisçi dəyişəndən sonra rektor da vəzifəsindən azad edilib. 2023-cü ilin fevralında Anar Kazımov “Naxçıvan” Universitetinin yeni rektoru təyin edilib.
Naxçıvan MR-də Talıbovun 27 illik (1995-2022) hakimiyyətinə son qoyulandan sonra İ.Əliyev də vaxtilə yaratdığı universitetlə bağlı dövlət orqanlarına şikayətlər ünvanlamağa başlayıb. Şikayətlərində göstərib ki, əmlakı əlindən zorla alınsa da, qorxudan səsini çıxara bilməyib. Deyir, dövlət qurumlarına şikayətlərinə gələn cavablarda ona məhkəməyə müraciət etmək tövsiyə olunub. Universitetin artıq Talıbovların mülkiyyətində olmadığını da həmin cavablardan öyrənib.
Keçmiş rektor məhkəmədə həm S.Talıbova, həm də sonradan təsis paylarını almış H.Məmmədova qarşı iddia qaldırıb. O, hər iki alqı-satqı müqaviləsinin qanunsuz sayılaraq ləğv olunmasını istəsə də, məhkəmə onun iddiasını təmin etməyib.
Cavabdeh tərəflər də müqavilələrin qanunsuzluğu haqda iddialarla razılaşmayaraq deyiblər ki, o, universiteti zorla əldən verdiyini təsdiqləyən sübut ortaya qoymayıb və, üstəlik, özü də 2019-cu ilədək rektor vəzifəsində qalıb. Həm də belə məsələləri mübahisələndirməkdən ötrü qanunla məhkəməyə üz tutmaq üçün 3 illik müddət var, İ.Əliyevsə 10 il sonra iddia qaldırıb.
“Naxçıvan” Universiteti 2024-cü ildə rəsmi şəkildə ləğv edilib. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən mediaya verilən məlumatda bildirilib ki, ləğv edilmə ilə bağlı müraciət 2024-cü ilin fevralında təsdiqlənib: “Tələbələrin böyük hissəsi Naxçıvan Dövlət Universitetinə, Naxçıvan Dövlət Universitetindəki ixtisaslar ilə ixtisası uyğunlaşmayan tələbələr isə aidiyyəti yerlərə köçürülüb”
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi