Ziya Məmmədovun qardaşı oğlunun işçisi və polis mayoru kimin evinə basqın edib? - "Razborka"

img

31-07-2014 [21:13]


Dünən gecə Bakının Ramana qəsəbəsində baş verən kriminal bir hadisə ilə bağlı maraqlı məlumat daxil olub. Ən qəribəsi isə bundan ibarətdir ki, bu hadisə mühüm dövlət qurumlarında çalışan  şəxslərdən ibarət dəstənin iştirakı ilə törədilib. 

Bizə verilən informasiyada bildirilir ki, əslən Naxçıvan MR-in Cəhri kəndindən olan Əskərov Əli Məmməd oğlubir qrup şəxslə əlbir olaraq Ramana qəsəbəsində yaşayan sakinlərdən birinin evinə basqın edib.   Məlumata görə torpaq  mübahisəsi ilə bağlı yaranmış hansısa narazılığı Əskərov Əli bu qaydada çözmək istəyirmiş.

Basqın zamanı dəstə üzvləri  ev sahibləri tərəfindən ciddi müqavimətlə üzləşdiyini hiss edəndə hadisə yerindən qaçıblar. Mənbəmizin  dediyinə görə, basqınçı dəstənin tərkibində  mayor rütbəli bir polis işçisi də olub.  Hadisə zamanı vəziyyət o qədər gərginləşib ki, həmin polis nəfəri münaqişə yerindən qaçarkən öz ayaqqabılarını da unudub. Hazırda polisə məxsus ayaqqabılar basqına məruz qalan şəxslərin əlindədir.

Basqında iştirak edən polisin adı və hansı bölmədə işlədiyi də bizə məlumdur.  Apardığımız bəzi dəqiqləşdirmələrdən sonra onun adını açıqlayacayıq.  Dəstəyə başçılıq edən Əkbərov Əli Məmməd oğlunun Nəqliyat Nazirliyinin işçisi olduğu bildirilir.

Apardığımız araşdırma nəticəsində həmçinin müəyyən etdik ki, hadisənin baş qəhrəmanı sayılan  Əkbərov Əli nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Davud Məmmədovun rəhbərlik etdiyi qurumda çalışır.  Onun barəsində əldə etdiyimiz digər bir məlumatda isə bildirilir ki, Əli 90-cı illərdə hərbi xidmətdən yayınmaya görə, 5 ilə yaxın həbsdə olub.  Əlinin son prezident seçkilərində müxalifət fəalları ilə də sıx təmasda olduğu, hətta onlara müəyyən maliyyə köməkliyi göstərdiyi də deyilir. Belə reputasiyaya malik olan  bir şəxsin dövlət qurumunda hansı məqsədlər üçün işə götürüldüyünə aydınlıq gətirmək  üçün  Nəqliyyat Nazirliyi ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı, ancaq bu məsələyə nazirliyin münasibətini öyrənməyə çalışacayıq.

Azinform.az Ramanadakı  hadisə zamanı dəstəyə başçılıq edən Əli ilə əlaqə saxlayıb . (o55 ) 277-21-77 nömrəli telefona edilən zəngə cavab verən Əli əvvəl həmin hadisədə iştirak etmədiyin dedi. Sonra isə hadisənin ən xırda təfərrüatlarının da bizə bəlli olduğunu gördükdə aqresivləşməyə başladı: «Sənə bu informasiyanı kim verib? Sən kimsən ki, bu hadisə ilə maraqlanırsan? Ged  ürəyin nə istəyir yaz. İstəyirsən yaz ki, Əli Beladendir».

Bunu deyib dəstəyi asdıqdan sonra Əli bizim növbəti zənglərimizə cavab vermədi.

Araşdırmamız davam edir…

Azinform.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA