Komitə sədrindən yeni təyinat

img

31-07-2014 [19:09]


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilk kadr təyinatını həyata keçirib.



 Komitə sədri 28 yaşlı Amil Cavadovu özünə köməkçi təyin edib.  Amil Cavadov Ağdamda anadan olub, Azərbaycan Dövlət İqtisad Universitetindən məzun olduqdan sonra hərbi xidmətə yollanıb.  2009-cu ildə əmək fəaliyyətinə elə YAP Ağdam rayon təşkilatında təlimatçı qismində başlayıb. Bir neçə aydan sonra YAP Ağdam rayon təşkilatının Gənclər Birliyinin sədri seçilib. Bununla yanaşı, həm də Ağdam Rayon İcra Hakimiyyətində İnformasiya təminatı və təhlil sektorunda işləyib.


Azvision.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA