Rəis oğlunu mühəndis, baldızı oğlunu müavini təyin etməsinə belə cavab verdi: "Məgər ölkəmizdə eyni ailə üzvlərinin bir təşkilatda işləməsinə dair nümunələr yoxdur?"
30-01-2025 [09:37]
Dövlət Su Ehtiyatları Agentliyində islahatlar aparılsada bir çox qurumların idarə rəisləri yenə də "köhnə qaydalarla" işləməkdə davam edir.
Mia.az xəbər verir ki, "ənənəvi metodlara" sadiq qalan idarə rəislərindən biri də Biləsuvar Suvarma Sistemləri İdarəsinin müdiri Ədalət Babayevdir.
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə yenidən Biləsuvar Suvarma Sistemləri İdarəsinin rəis təyin edilən Ədalət Babayev adı çəkilən qurumda "ailə podratı" yaradıb.
Saytımıza daxil olan məlumata görə Ədalət Babayev oğlunu mühəndis, baldızı oğlunu isə müavin təyin edib. Bildirilir ki, Ədalət Babayev oğlu Orxan Rəşidlinin vəzfisəni 4 ay müddətində 3 dəfə dəyişib. Belə ki, Orxan Rəşidli sınaq müddətində ilk öncə 1-ci texnik təhcizatda mühəndis, sonra ümumi şöbədə mühəndis, daha sonra isə su bölgüsündə mühəndis təyin edilib.
Digər məlumatda bildirilir ki, hazırda Biləsuvar Suvarma Sistemlərini Ədalət Babayevin baldızı oğlu və müavini Elsəvər Həsənov idarə edir. Yanacaq məsələlərindən tutmuş, texnikaların təhcizatı və hərəkətinə qədər bütün işləri əlinə alan Elsəvər Həsənovun yaxın gələcəkdə Ədalət Babayevin dəstəyi ilə başqa bir rayona idarə rəisi təyin ediləcəyi iddia edilir. (Azfakt.com)
***
Biləsuvar Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi Ədalət Babayev haqqında bir sıra saytlarda yayılan məlumata münasibət bildirib.
Mia.az-ın məlumatına görə, o, Faktinfo.az saytına açıqlamasında təyinatları belə izah edib:
"Birincisi, oğlum Orxan Rəşidli struktur islahatları aparılana qədər rəhbəri olduğum idarədə işləməyib. O, Cənub Muğan Kanalı İstismar İdarəsində müxtəlif işlərdə,o cümlədən qısamüddətli kanal rəisi vəzifəsində çalışıb.Belə ki,bir neçə idarə, o cümlədən Cənub Muğan Kanalı İstismar İdarəsi Biləsuvar Suvarma Sistemləri İdarəsinə birləşdirildi,Orxan 12-ci dərəcədən, 9-cu dərəcəyə endirilməklə müvafiq ixtisas üzrə köçürmə yolu ilə rəhbərlik etdiyim idarəyə su bölgüsündə mühəndis işinə göndərildi. Bu da mənim istəyimlə olmayıb.
İkincisi də, oğlum hardasa işləməli deyildi ki? 628 bal toplamış, iki universitet bitirmiş şəxs çalışmamalı idi ki, günlərin birində baş verəcək struktur islahatları nəticəsində bölgüdə atasının rəhbərlik etdiyi idarəyə düşə bilər? Bunu da saytlar yazacaq.Bu nə yanaşmadı indi? Orxan neyləsin, Biləsuvar rayonundan gedib, başqa bölgədə işləsin? Məgər ölkəmizdə eyni ailə üzvlərinin bir təşkilatda işləməsinə dair nümunələr yoxdur? İndi də oğlumun işləməsini həzm edə bilmirlərsə, iş yerini dəyişdirsinlər."
İdarə rəisi müavini Elsevər Həsənov haqqında yazılanlara da aydınlıq gətirib: "Müavinim Elsevər Həsənov çox savadlı, işinə məsuliyyətlə yanaşan şəxsdir. Yüksək bal toplamış, iki universitet bitirmiş gəncdir. Onun haqqında da həqiqətə uyğun olmayan məlumat yazıblar. Yəni qeyd etmək istəyirəm ki, yanacaq, texnikaların təchizatı və hərəkətinə kimi məsələlərin müavinim Elsevər Həsənova heç bir aidiyyatı yoxdur. Vurğulanan məsələlər vəzifə bölgüsü baxımından idarənin baş mühəndisinə aid işlərdi. O da öz vəzifəsi ilə məşğuldur. Həmçinin yazıldığı kimi deyil, mən rəhbər şəxs təyin etmirəm, elə bir səlahiyyətim yoxdur, Elsevər Həsənov da tabe olduğumuz baş idarə tərəfindən müavin kimi idarəyə təyin olunub. Onu bir müddətdən sonra başqa bir idarəyə rəis göndərəcəyimə dair yazılan fikrə gəlincə, qeyd etdiyim kimi bu mənim səlahiyyətim daxilində deyil, yalan xəbərdir.Yeri gəlmişkən, niyə görülən işlərdən, əldə olunan uğurlardan yazmırlar?".
Yeri gəlmişkən, Mia.az-ın məlumatına əsasən, Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun iki qudası da adıçəkilən agentlikdə yüksək vəzifə tutur...
MİA.AZ
Prezident İlham Əliyev Xankəndidə “Bulud” hotelin açılışında iştirak edib (YENİLƏNİB)
Azərbaycan nefti bahalaşır
Bakıda beynəlxalq konfrans: Oman APA-ya tamhüquqlu üzv, Belarus müşahidəçi kimi qatılır
"Onlara qarşı birgə mübarizə apararaq qalib gəlməliyik” - Zahid Oruc
Sahil Babayevdən maliyyə ilə bağlı ilk qərar - Maliyyə Nazirliyi qənaət rejiminə başlayıb
İngilis və rus dillərinə çevrilməklə hər press-reliz 150 manat... - Nazirliyin "reklam tenderi" ləğv edildi
TRAMP ZELENSKİNİN DEVRİLMƏ SİQNALNI VERDİ: "Seçkiyə get, xalq bezib artıq..." - Eşidirəm, deyirlər ki, bizi niyə dəvət edən olmadı, əslində..."
İstanbula 4 gün qar yağacaq
Dövlət Baxçalının səhhəti ağırlaşıb? - MHP açıqlama yaydı
Milli Məclisin sabiq sədri hardadır? - FOTO
37 ailədən ibarət 212 nəfər Cəbrayıla köçürülüb
Fələstin hökumətindən Qəzzadakı dağıntılarla bağlı bəyanat: "53 milyard dollar gərəkdir"
Təşkilat sədri saxlanıldı - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan NATO-nun baş katibi müzakirə aparıb: "Biz bundan sonra da üzərimizə düşəni edəcəyik"
Harutyunyan, Qukasyani, Sahakyan, Babayan, Mnatsakanyan... - Onlar Bakıda növbəti dəfə hakim qarşısına çıxarıldı
Bakıda NATO-nun mobil təlim qrupunun kursu keçirilir
Bilmirsən hansından yazasan: azarkeş məyusluğundan, qumara oxşayan nəticələrdən, yoxsa...- Samir Abbasov isə deyir ki, futboldur da... + VİDEO
Aktyor direktoru vəzifəsinə təyin olunub
Milyonlar xərclənmiş su kanalında "körpü", yoxsa...? - VİDEOLAR
Prezident İlham Əliyev və birinci xanım Ağdamda - Görülən işlərlə tanışlıq başlayıb (Yenilənib)
Ərdoğan Zelenski ilə brifinqdə: "Sülh danışıqlarına ev sahibliyi edəcək ideal ölkə bizik"
Daha bir nəfərin bank kartından 1070 manat oğurlanıb
Gürcüstanda azərbaycanlı iş adamının avtomobili yandırılıb - Kriminal şəxs tərəfindən
DAHA BİR NAZİR və DEPUTAT MOK-dan UZAQLAŞDIRILDI
Bakı Şəhər İcra Hakimiyyəti qara hazırlaşır
Küveyt hökuməti 10 minə yaxın qadının vətəndaşlığını ləğv etdi
PUTİN və TRAMP "AĞIR TOPLARI"NI ƏR-RİYADA GÖNDƏRDİ - İlk 4.5 saatlıq görüşdə nələr razılaşdırıldı? - AÇIQLAMA (YENİLƏNİB)
Qəzzada daha 7 nəfər öldürülüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Əli Əsədov Tehranda: İran prezidenti ilə görüş olub - FOTO
İranda iki ingilis həbs edilib - Casusluq ittihamı ilə
Aktyor: "Azərbaycanda bloger yoxdur"
Mirmahmud Mirəlioğlu: "Hazırda karantin və bərpa dövrü davam edir”
Orxan Hüseynzadə "Qalatasaray"ın oyununa təyinat alıb
DTX-dən əməliyyat: Kənan Şərifov həbs olunub
Bakıya qar yağacaq - Bu tarixdə (Xəbərdarlıq)
Fərid Qayıbov MOK-un vitse-prezidenti postundan uzaqlaşdırıldı - Nazir vəzifəsindən də azad ediləcək?
“Mercedes Benz-Azərbaycan”ın adı qalmaqalda - Dünya mediası sirrin üstün necə açıb? + FOTOLAR
İsrail ordusu İordan çayının qərb sahilində 16 evi dağıdıb
Əli Əsədov İranda Üçüncü Xəzər İqtisadi Forumunda - FOTOLAR
Dövlət İqtisad Universiteti köynək, çanta, corab alır