Bilmirsən hansından yazasan: azarkeş məyusluğundan, qumara oxşayan nəticələrdən, yoxsa...- Samir Abbasov isə deyir ki, futboldur da... + VİDEO
18-02-2025 [19:40]
Misli Premyer Liqasının ən maraqlı oyunu olan “Neftçi” Futbol Klubu (FK) ilə “Qarabağ” FK arasında 23-cü turun qarşılaşması həmişə olduğu kimi qalmaqalla başlayıb elə qalmaqalla da bitdi. Bilmirsən hansından yazasan: azarkeş məyusluğundanmı, qumara oxşayan nəticələrdənmi, özündənrazı baş məşqçilərdənmi, yoxsa, Azərbaycan futbolunun inkişafını sadəlövhcəsinə gözləyənlərdənmi?
Belə oyunla Avropa liqası oyunlarına iddia etmək çox primitiv düşüncədi mənə görə. Söhbət udub-uduzmaqdan getmir. Ümumən futbolun və ona heyran olanların, yəni azarkeşlərin duyğularının meydandankənar oyunlarda istifadəsindən gedir söhbət.
Düzdü, oyunlarımız dinamik olur, azarkeşlər heç darıxmağa qoymur adamı, arada qol vəziyyətləri yaranır, həyəcanlanırsan. Amma bu, ölkədən o tərəfə getmək üçün kifayət deyil. Böyük futbol deyil bu. Bu qədər sponsor var klublarda, yəni, pulunuz var, şərait yaradılıb, bazalar, stadionlar yenilənir. Amma niyə biz hələ də meydanlarda əsl futbolu görə bilmirik?
“Neftçi” ilə “Qarabağ”ın qarşılaşması sıradan oyun olmur hər dəfə. Əvvəla, onların klubun arasında açıq bir dartışma var. Nüfuz savaşı. İkincisi maliyyə baxımdan da bir-birinə yaxın səviyyədə dayanırlar, deyə bilərik. Hər iki komandanın forvard oyunçuları var. Biz bu komandalar arasındakı oyunlara Avropaliqaya çıxmaq imkanlarının ortaya çıxarılması gözüylə baxırıq. Amma nəticəsi nə olur?
Çox bəsit durumlarda qol imkanlarının əldən buraxılması, oyunçuların koordinasiyasının zəifliyi. Müəmmalı şəkildə “Qarabağ”ın Kevin Medinası kobudluq edir, komandasını 10 nəfərlə ortada buraxır, sonra “Qarabağ” qol vurmaq üçün penaltiyə göz dikir. Sarı vərəqə verməsi üçün az qala hakimi linç edirlər. Hər belə oyunlardan sonra məşqçiləri dinləyirəm mətbuat konfranslarında, məəttəl qalıram. Hamının əlində bir bəhanəsi var.
“Qarabağ” üçün məsələn, “Neftçi”yə qalib gəlmək niyə çətin olmalıdı ki?
“Qarabağ” bir az yenilənib. Düzdü, gözlənilən transferlər olmayıb. Ağdam klubunu çalışdıran Qurban Qurbanov mətbuat konfransında mənə dedi ki, onlar transfer üçün yayı gözləyirlər, qış ayları belə müraciətlər üçün o qədər də məqsədəmüvafiq deyil. Amma hər halda, Kadi Borges artıq onlarla birlikdədi, kifayət qədər güclü təkanı var komandaya. Bunu həm də psixoloji güc olaraq dəyərləndirə bilərik. “Neftçi”dən əvvəl “Qarabağ” “Səbail”ə 5 qol vuraraq psixioloji üstünlüklə gəlib oyuna. Bütün bunlardan sonra, turnir cədvəlinə başçılıq edən, Avropa “görmüş” bir komanda niyə qol üçün penaltiyə möhtac olsun ki?
Mənə hazırda “Neftçi”də baş verənlər daha çox maraqlı görünür. Təzəlikcə yeni sponsorla anlaşıblar, ərəb şirkətinin dəstəyini alacaqlar. Çox güman ki, komandanın düşərgəsində ərəb mənşəli ölkələrdən transferləri görə biləcəyik. Ələlxüsus, hazırda legioner limitinə qadağanın ləgv edildiyi zamanda bu, çox ağlabatan görünür. Yəni, klubun pulu var deməkdi bu. Qış fasiləsindən sonra bir xeyli özünəinamlı qarşılaşmalar keçiriblər. Bir ara gözümçıxdıya salınan Emin Mahmudov da sakitcə öz tempinə qayıdıb, “Zirə” ilə oyunda qol müəllifi olub. Hərçənd onun kapitanlığa geri qayıtmasına ümid yoxdu, neftçilərin baş məşqçisi Samir Abasov o gün söhbəti qısa kəsdi: “Eminə kapitanlıq verilməyəcək”, - deyə. Uzun sözün qısası, hazırda “Neftçi” turnir cədvəlinin 6-cı pilləsində 24 xalla özünü toplamağa çalışır. Bu yer həsəd aparılası yer deyil. Baş məşqçi Samir Abasov gələndə “Neftçi” 9-cu pillədə, autsayder vəziyyətində idi, Abasov hazırkı 6-cı pilləni özünün uğuru, naliliyyəti hesab edir. Nə bilim, vallah. Deməyə söz tapmırsan.
“Qarabağ”la oyun hər iki tərəf, xüsusən “Neftçi” üçün bir şərəf məsələsidi az qala. İnanılmaz azarkeş ordusu var “Neftçi”nin. Keçən həftədən sosial şəbəkələri bu oyuna dair videolarla doldurmuşdular. Oyun günü nə qədər tanınmış “Neftçi” azarkeşinin fikirlərini oxudum sosial şəbəkələrdə. Oyundan əvvəl “Neftçi” Arenanın ətrafında necə bir ab-hava vardı, adam gərək gözüylə görsün. Hələ stadionda. Qarabağ” azarkeşləri yalandı onların yanında, inanın. Əslində belə baxanda, “Qarabağ” Ağdam klubudu. Mənə qalsa, onlar Ağdama köçəndən sonra bilinəcək həqiqi azarkeş ordusunun mövcudluğu. “Neftçi” isə dədə-babadan paytaxt sakinlərinin sevimlisidi. Mən heç onlar arasındakı qarşılaşmanı “derbi” hesab etmirəm. Derbi bir şəhərin iki komandası arasında olur çünki.
Öz meydanında uduzmağın çox pis duyğusu var, mən o gün bunu gördüm stadionda. Hələ indiyə qədər nə olursa olsun, azarkeş “Neftçi”dən üz döndərməmişdi. Amma “Qarabağ”dan sonra “Neftçi” azarkeşləri də onların duyğularına hörmət etməyənlərə “cəza” olsun deyə, o gün susdular. Azarkeş tribunasını susqun görən “Neftçi” oyunçuları yaxınlaşmağa cəsarət etmədi. Geri çəkildi. Stadionun bir tərəfində penalti hesabına qol sevincini yaşayanlar, digər bir tərəfində məğlubiyyətin acısından susmuş fanatlar. Hər oyunda biri udar, biri uduzar deyiblər də, “axı “Neftçi” nə vaxta qədər uduzacaq, fanatları məyus edəcək”, sualı ilə Mia.az saytı adından mətbuat konfransında baş məşqçi Samir Abasova müraciət elədim.
- Samir müəllim, azarkeşlər bu gün çox məyus oldu. Çox yaxşı azarkeş coşqusu var idi stadionda. Bu stadionun tutumu 11 min nəfərdi, 10 minə yaxın adamın iştirakı o deməkdi ki, rekord sayda azarkeş oyunu izlədi. Onların arasında təbii ki, “Qarabağ” azarkeşləri də var idi. Azarkeşlərin bu məyusluğuna gətirib çıxaran səbəbləri necə şərh edə bilərsiniz? Qeyd edim ki, oyunun sonunda azarkeşlər komandanızla görüşmədi. Sizin bir-iki oyunçu tribunaya yaxınlaşdı, amma geri döndü.
- Məncə azarkeşləri də, futbolçularımı da başa düşmək olar. Birincisi, bu azarkeşi bu meydana dolduran “Neftçi”nin böyüklüyü və əzəmətidi. “Neftçi”nin xoş tərəfi odu ki, 3 qalibiyyətdən sonra bu meydan doldu. Yəni, baxmayaraq ki, turnir cədvəlində 6-cı yerdəyik, işlərimiz yaxşı getmir, bununla belə, başa düşürəm ki, bizə qoyulan tələblər bundan daha yüksək yerlərdi. Sadəcə son 3 qalibiyyət bizim azarkeşimizə həddindən artıq böyük ümid vermişdi. Bizi üzən də odu ki, yəni, məni və futbolçularımı, meydança dolur, insanlar sənə inanıb gəlirlər, amma üzülüb gedirlər. Futbolçular da insandı, üzülür onlar da. İndi gedib soyunma-geyinmə otağında baxsanız, ağlayan, üzülən futbolçuları görərsiniz. Belə baxanda onlar ailə sahibləridi, hərəsinin iki-üç uşağı var, amma o üzüntüyə dözməyib ağlayırlar. Yəni bunları başa düşmək lazımdı. Azarkeşlərin futbolçularla görüşməməsini mövzuya çevirmək doğru deyil. Bəlkə də ən doğrusu o idi ki, getməyiblər görüşə. Yəni, ümidlər qırılıb artıq. Başa düşün, dünya dağılmayıb ki, bu futboldu, bu günün sabahı var, inşaallah, yenə “Qarabağ”la oyun olacaq, çalışacağıq ki, orada qalib gələk. Mən futbolçularıma haqq qazandırmıram, amma insan kimi onları başa düşməliyik.
Zülfiyyə Mustafayeva
MİA.AZ
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb