Əli Əsədov İranda Üçüncü Xəzər İqtisadi Forumunda - FOTOLAR
18-02-2025 [13:43]
Baş nazir Əli Əsədov bu gün İranın paytaxtı Tehranda keçirilmiş Üçüncü Xəzər İqtisadi Forumunda iştirak edərək dənizin dayazlaşması problemi, nəqliyyat dəhlizləri və regionda təhlükəsizlik məsələlərindən danışıb.
Mia.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, forum iştirakçıları əvvəlcə Tehran Beynəlxalq Sərgisi çərçivəsində İnnovasiyalar və Texnologiyalar Evi ilə tanış olublar.
Sonra Xəzəryanı dövlətlərin hökumət başçıları məhdud tərkibdə danışıqlar aparıblar. Danışıqlarda Xəzərdə beştərəfli əməkdaşlığın bir sıra mühüm məsələləri nəzərdən keçirilib.
Daha sonra III Xəzər İqtisadi Forumunun plenar iclası olub.
Sessiyada çıxış edən Ə.Əsədov bildirib ki, Xəzər İqtisadi Forumu Xəzəryanı dövlətlər arasında iqtisadi-ticari əməkdaşlığın aktual məsələlərinin müzakirəsi üçün mühüm platformadır. Onun sözlərinə görə, 2022-ci ildə Rusiyanın paytaxtı Moskvada keçirilmiş İkinci Xəzər İqtisadi Forumunun Birgə Kommünikesində ticarət dövriyyəsinin artırılması, regionun investisiya cəlbediciliyinin və Xəzəryanı dövlətlərin iqtisadi rəqabət qabiliyyətinin gücləndirilməsində tərəflərin maraqlı olduğu təsdiqlənib.
Ə.Əsədov Azərbaycan ilə Xəzəryanı dövlətlər arasında iqtisadi-ticari əməkdaşlığın dinamik inkişaf etdiyini diqqətə çatdırıb: “Sevindirici haldır ki, Azərbaycanın Xəzəryanı ölkələrlə ticarət dövriyyəsi 2024-cü ilin sonunda 6 %-dən çox artıb”.
2018-ci ildə Aktauda imzalanmış Xəzəryanı dövlətlərin hökumətləri arasında iqtisadi-ticari əməkdaşlıq haqqında Sazişin 2023-cü ildə qüvvəyə minməsinin vacibliyini qeyd edən Ə.Əsədov bu Sazişin həyata keçirilməsinin ticarət, sənaye, kənd təsərrüfatı, turizm sahələrində və digər sektorlarda praktik tədbirlərin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. O, vurğulayıb ki, bu gün Xəzəryanı dövlətlər arasında müxtəlif səviyyələrdə qarşılıqlı fəaliyyətin bir sıra formatları və mexanizmləri mövcuddur, sahəvi əməkdaşlıq üzrə möhkəm müqavilə-hüquqi baza yaradılır, ən yüksək səviyyədə qəbul edilmiş qərar və razılaşmaların həyata keçirilməsi istiqamətində ciddi iş aparılıb.
Baş nazir əlavə edib: “Şübhəsiz ki, bununla bağlı 2018-ci ildə Aktauda imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya Xəzərdə hərtərəfli əməkdaşlıq üçün baza sənədidir”.
İkinci Forumdan sonra nəqliyyat sektorunda regionun inkişaf etmiş infrastruktura malik böyük beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün əlverişli şərait yaradan mühüm razılaşmalar əldə edilib.
Forum iştirakçılarına uğurlu fəaliyyəti regionun bütün ölkələrinin maraqlarını əhatə edən “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında Azərbaycanın rolu barədə məlumat verilib. Vurğulanıb ki, Azərbaycan ərazisindən yükdaşımaların artımını nəzərə alaraq, ölkəmiz nəqliyyat infrastrukturunun müasirləşdirilməsi hesabına bu dəhlizlərin ötürücülük qabiliyyətinin artırılmasına əlavə vəsaitlər yatırır.
“İnanırıq ki, Xəzəryanı dövlətlər Xəzərin sülh, harmoniya, mehriban qonşuluq və səmərəli beynəlxalq əməkdaşlıq dənizi olaraq qalması üçün səylərini davam etdirməlidir. Bu, ilk növbədə, bizdən Xəzər dənizində təhlükəsizliyin və sabitliyin təmin edilməsi istiqamətində qətiyyətli tədbirlər görməyi tələb edir”, - deyə Baş nazir bildirib.
Yaşıl energetika və rəqəmsal texnologiyalar sahəsində layihələrin həyata keçirilməsi imkanları sayəsində açılan əlavə perspektivlərə toxunan Ə.Əsədov qeyd edib ki, bu mühüm sahələrdə əməkdaşlıq regiona sabit və ekoloji cəhətdən təhlükəsiz gələcək təmin edir.
“Bu baxımdan regionumuzda ilk dəfə keçirilən COP29 iqlim konfransının əhəmiyyətini qeyd etmək istərdim. Belə əlamətdar beynəlxalq tədbirin keçirilməsi Xəzər regionunun qlobal iqlim gündəmindəki əhəmiyyətini təsdiqləyir və investisiyaların ekoloji cəhətdən təmiz texnologiyalara və davamlı inkişafa fəal cəlb edilməsinə kömək edir”, - deyə hökumət başçısı əlavə edib.
Qeyd olunub ki, Xəzər dənizinin ətraf mühitinin hazırkı vəziyyəti Xəzəryanı dövlətlərdə ciddi narahatlıq doğurur və Xəzərin ekoloji problemlərinin həllinə vahid yanaşma tələb edir.
Ə.Əsədov deyib: “Xəzər dənizinin dayazlaşması məsələləri dövlətlərimizin başçılarının VI Xəzər Zirvə toplantısında hərtərəfli müzakirə mövzusuna çevrildi. Səbəblərin müəyyən edilməsi və dayazlaşmanın qarşısının alınması üzrə tədbirlərin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ekspert qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib”.
İşçi qrupun ilk iclasını Bakıda təşkil etməyə imkan verəcək bütün zəruri razılaşmaların tezliklə başa çatacağına ümid ifadə olunub.
Plenar iclasın yekununa dair III Xəzər İqtisadi Forumunun Kommünikesi qəbul edilib.
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb