"Peşələr iməsafədən seçək” distant məlumat məsləhət xidmətinin inkişaf etdirilməsi” layihəsinə start verildi

img

31-07-2014 [13:27]



Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Demokratik Gənclər” İctimai Birliyinin "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasını nəzərdə tutan - 6.3.7. müasir peşələr, onlara tələbat və peşə seçiminə dair interaktiv informasiya resursunun, gənclərin peşəyönümü üzrə səyyar və distant məlumat-məsləhət xidmətlərinin yaradılması; bəndini icra etmək üçün "Peşələri məsafədən seçək”! distant məlumat məsləhət xidmətinin inkişaf etdirilməsi” layihəsinin təqdimat mərasimini 27.07.2014-cü il tarixdə Sumqayıt şəhər Park Restoranında keçirdi. "Demokratik Gənclər” İctiami Birliyinin sədr müavini Ayaz Abuşov çıxış edərək, bu layihə və onun böyük əhəmiyyəti haqqında ətraflı məlumat verdi. Tədbirdə Sumqayıt şəhərində fəaliyyət göstərən müxtəlif media nümayəndələri, tələbələr və Gənclər Təşkilatlarının nümayəndələri iştirak edirdi. Tədbir zamanı iştirakçıların suallarına cavablar verildi və bildirildi ki, avqust ayında başlayaraq bu layihə Azərbaycan regionlarında həyata keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA