Leyla Yunus haqqında həbs qərarı çıxdı, ərinə isə qadağa qoyuldu

img

30-07-2014 [21:39]


Bu gün səhər saatlarında Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus evdən çıxarkən həyətdə mülkigeyimli şəxslər tərəfindən maşına mindirilərək aparılıb. Daha sonra onun Baş Prokurorluqda olduğu məlum olub. Ən yeni xəbərlər yazının yuxarısında yerləşdirilir.

Nəsimi rayon Məhkəməsinin qərarı ilə Leyla Yunus barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Leyla Yunusa qarşı dövlətə xəyanət, dələduzluq, vergidənyayınma və qanunsuz sahibkarlıq, Arif Yunusa qarşı isə dövlətə xəyanət və dələduzluq ittihamları irəli sürülüb.

Arif Yunusdan isə Bakını tərk etməmək iltizamı alınıb.

azadlıq.org


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA