“20 yanvar”da da ticarət obyektləri sökülür- Fotolar

img

30-07-2014 [19:25]


Bu gün axşam saatlarında Bakıda Metronun "20 yanvar” stansiyasında ticarət köşkləri sökülməyə başlanılıb.

Hadisə yerində olan "Qafqazinfo”nun əməkdaşının sözlərinə görə, söküntü obyekt sahibləri tərəfindən etirazla qarşılanıb. Belə ki, əvvəlcədən xəbərdarlıq edilməyən sahibkarlar mallalarını dəyərinə dəyməzinə satmaq məcburiyyətində qalıblar. Artıq metronun giriş və çıxış hissəsinə yaxın obyektlər sökülüb, digərlərinə isə söküntü ilə bağlı xəbərdarlq edilib.

Qeyd edək ki, bu ilin mart ayından metrodakı bütün ticarət obyektləri sökülüb.

Metronun "20 yanvar” stansiyasının keçidlərindəki ticarət obyektləri isə Bakı Metropoliteni nəzarətində deyil Nəqliyyat Nazirliyi nəzarətində olduğu üçün sökülməmişdi.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA