Mərkəzi Seçki Komissiyası treninqlərə başlayıb
17-01-2025 [10:48]
Mərkəzi Seçki Komissiyası (MSK) bələdiyyə seçkiləri ilə əlaqədar yanvarın 17-dən aşağı seçki komissiyaları üçün treninqlərə başlayıb.
MSK-dan Mia.az-a bildirilib ki, bu məqsədlə Komissiyanın Treninq qrupu tərəfindən tam praktiki məşğələlər şəklində iki mərhələli proqram hazırlanıb. İki gün davam edəcək “Trenerlər üçün treninq” adlı birinci mərhələyə bələdiyyə seçkiləri keçirilən 118 seçki dairəsinin hər birindən iki təmsilçi olmaqla ümumilikdə 236 yerli trener cəlb olunur.
Treninqlər ərzində iştirakçılara seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi və seçki günü müstəsna hallar da daxil olmaqla, bütün seçki günü prosedurları müxtəlif metodiki və yardımçı vəsaitlərdən də istifadə edilməklə əyani formada çatdırılır. Xüsusilə seçicilərin öz iradələrini ifadə etməsi ilə bağlı bələdiyyə seçkilərinin spesifikliyindən irəli gələrək, səsvermə, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması bütün təfsilatı ilə aydın izah olunur. Treninqlər çərçivəsində, həmçinin seçki günü prosedurlarına dair müxtəlif məsələlər ətrafında geniş müzakirələr aparılır, meydana çıxan suallar cavablandırılır.
Treninq layihəsinin məntəqə seçki komissiyalarının üzvlərini əhatə edən ikinci mərhələsinə yanvarın 19-dan başlanacaq və treninqlər hər seçki dairəsində məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq bir neçə gün davam edəcək. Bu mərhələnin də səmərəli və keyfiyyətli olması üçün treninqlərin praktiki məşğələlər şəklində və MSK-nın Treninq qrupu tərəfindən hazırlanan cədvələ uyğun olaraq, kiçik qruplar şəklində keçirilməsi nəzərdə tutulur.
Treninqlər zamanı aşağı seçki komissiyalarının hər bir üzvü MSK tərəfindən hazırlanan və bütün aidiyyəti prosedurları müfəssəl əks etdirən “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi, müxtəlif zəruri metodiki vəsaitlər və əyani materiallarla da təmin olunacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi