Bayden prezidentliyinin son günündə: "Fələstin məsələsi həll olunmadan İsrail varlığını davam etdirə bilməyəcək"
17-01-2025 [09:28]
"İsrail Fələstin məsələsini nəzərə almadan uzunmüddətli perspektivdə varlığını davam etdirə bilməyəcək".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden "MSNBC News"a müsahbəsində deyib.
Bayden bildirib ki, Yaxın Şərqdə sülh və xüsusilə Qəzzadakı vəziyyət çox çətin mövzulardır: "Qəzzada atəşkəs təminatı üçün çox çalışdıq. Prezidentliyimin son günlərində atəşkəsin əldə olunmasından çox sevincliyəm. Biz, nəhayət, buna nail olduq. Hər dəfə İsrailin Baş naziri, dostum Netanyahuya dedim ki, dövlət olaraq öz təhlükəsizliyiniz üçün Fələstin məsələsinə daha geniş prizmadan baxın. İsrailin Fələstin məsələsini və təhlükəsizliyini nəzərə almadan uzun müddətdə öz varlığını davam etdirə biləcəyi fikri mümkün deyil. Bu, mümkün deyil. Bu barədə dostuma Netanyahuya dəfələrlə xatırlatmışam ki, o, fələstinlilər adlı böyük bir sosial toplumun qanuni narahatlıqlarını nəzərə almalı, bunun bir yolunu tapmalıdır. Hətta ona dedim ki, “Bibi (Netanyahuya bəzən belə də xitab olnur - Mia.az), sən bu insanlara qarşı heç bir fərq qoymadan, kütləvi şəkildə bombardman edə bilməzsən”.
O da dolaysı ilə cavab verdi ki, Siz də Berlinə də güclü hava bombardmanı həyata keçirdiniz, hətta nüvə bombaları da atdınız".
Netanyahunun İsrail tarixinin həddindən artıq sağçı hökumətlərindən birində baş nazir vəzifəsini yerinə yetirdiyini və bu səbəbdən daxili siyasətdəki çalxalanma səbəbindən atəşkəs kimi mühüm qərarları rahatlıqla verə bilmədiyini iddia edən Baydenin sözlərionə görə, Yaxın Şərqdə xaosun davam etdiyi bir mühitdə regional müharibə riskindən qaçmaq mümkün deyil: "Bu səbəbdən, bir tərəfdən İsrailə güclü dəstək verdik, digər tərəfdən də münaqişələri dayandırmaq üçün də çox çalışdıq. Və nəhayət, atəşkəs oldu, savaş dayandı. İran və Hizbullah əvvəlki dövrlə müqayisədə çox zəiflədildi. Bu, İsrailin təhlükəsizliyi üçün çox əhəmiyyətlidir"
Lamiyə Əhmədli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi